Dövlət Turizm Agentliyi “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli və Xocavəndə” adlı birgünlük turların layihəsini hazırlayıb, Şuşa şəhərinin və Daşaltı kəndinin turizm inkişaf planını hazırlayaraq aidiyyəti üzrə təqdim edib. Dalidag.az xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, son iki ildə qurum Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsini, müvafiq olaraq konsepsiya sənədlərinin və layihələrin

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Dalidag.az xəbər verir ki, 48 saata yaxın davam edən aksiyada yüzlərlə fəal iştirak edir. Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun

Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan mediası Xankəndidəki separatçılara istinadən yazır ki, dünəndən “yoxa çıxan” Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov ermənilərin “yolu açın” tələbinə cavab olaraq, “azərbaycanlılara heç nə edə bilmərik” deyib. Eyni zamanda, qondarma “arsax nümayəndələri”nin azərbaycanlılarla danışıqlarda iştirakına və separatçıların “deputatlarına” aksiyanın keçirildiyi əraziyə yaxınlaşmasına icazə verilməyib. Baş separatçı Araik isə “yolun açılması” üçün Volkova məktub yazmaq

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir. Dalidag.az aksiyadan səhər saatlarına olan videonu təqdim edir:

Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir. Dalidag.az xəbər verir ki, aksiyada 500 nəfərə yaxın azərbaycanlı iştirak edir. Aksiyaların gecə saatlarında davam edəcəyi gözlənildiyi üçün artıq Azərbaycan tərəfi həmin əraziyə işıq xətti çəkir. Şuşada yaşayan Azərbaycan vətəndaşları da etiraz aksiyasına qoşulmağa başlayıblar. Həmçinin Xankəndi yolunun üzərinə Azərbaycan bayraqları asılıb Xankəndi yoluna Azərbaycan bayraqları asıldı - VİDEO

Hazırda Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir. Dalidag.az xəbər verir ki, onlar Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlişini tələb edir. Azərbaycanlılar Şuşa yolunu bağladı - Video

Balkan bölgəsində yeni müharibə təhlükəsi hər keçən gün daha da artır. Dalidag.az xəbər verir ki, Kosovanın, serblərin yaşadığı bölgələrdə təhlükəsizlik qüvvələrinin sayını artırmaq qərarından sonra qarşıdurma başlayıb.Kosova hökuməti Serbiya ilə sərhəddəki Ujman gölü yaxınlığında polislərə atəş açıldığını bildirib. Üç istiqamətdən açılan silahlı hücuma polislər atəşlə cavab verib. Serbiya prezidenti Aleksandr Vuçiç dünən axşam saatlarında Təhlükəsizlik Şurasının iclasını keçirib. Vuçiç

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 19 yaşlı əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib. Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub. Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma

Noyabrın 4-də Qarabağdakı qondarma rejimin “dövlət naziri” təyin edilən Ruben Vardanyan Xankəndidə əhalinin müharibə hazırlıqlarına başlayıb. Belə ki, dekabrın 9-da “dövlət naziri” mülki müdafiəyə cavabdeh olan bütün “idarələrin rəhbərlərinin” və “məsul şəxslərin” iştirakı ilə geniş müşavirə keçirib. Görüşdə “artsaxın Mülki Müdafiə Planı təqdim edilib “, sənəd üzrə təkliflər təqdim olunub. Qeyd olunub ki, “mövcud çağırışlar həyati əhəmiyyətli” sənədin hazırlanması vacib edib. Ruben Vardanyan
Yazı axını