Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Braziliya ciu-citsusu üzrə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Açıq Bakı Turnirinin qalibi olan məcburi köçkün yeniyetmələrlə görüş keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan idman və gənclər siyasətinin gənc nəslin fiziki və mənəvi sağlamlığının təmin edilməsinə yönəldiyi, bu sahədə böyük nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın

Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var. Dalidag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün Kəlbəcər rayon Almalıq kəndi ərazisində baş verib. İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək

"Azərsu" ASC Şuşa şəhərinə alternativ mənbəndən suyun verilməsinə başlayıb. Dalidag.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib.

Dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz
Yazı axını