Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. "Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə DİN

“Laçın yolu ətrafında ortaya çıxan məsələlər Azərbaycan qanunları əsasında həll edilməlidir”. Dalidag.az xəbər verir ki, bunu Rusiya ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert İqor Korotçenko deyib. Ekspert ərazilərimizdəki separatçıların Azərbaycan qanunlarına tabe olmalı olduqlarını bildirib: “Laçın dəhlizində mövcud vəziyyətin həlli çox sadədir: Qondarma DQR ərazisində fəaliyyət göstərən bütün mədənlər Azərbaycan şirkətlərinin nəzarətinə verilir; Mədənlərdə çalışan erməni işçilər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on üç gündür davam edir. Dalidag.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Ekofəallar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. Hazırda havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
Yazı axını