Reklam
Ali məktəblərə qəbul imtahanları nə zaman keçiriləcək? - Video
14-04-2020 21:46
Məsələn, onlar soruşur ki, bu il qəbul imtahanları nə zaman keçiriləcək?
Keçmədikləri dərsləri oxumağa vaxtları olacaqmı kimi suallar hər gün abituriyentləri düşündürür.
Dalidag.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi imtahanlarla bağlı konkret planın necə və nədən ibarət olduğunu açıqlamayıb. Bu isə abituriyentlərdə narahatlıq yaradır.
"Xəzər Xəbər” Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadənin məsələyə münasibətini öyrənib.
Xanlar Xanlarzadə qeyd edib ki, karantinlə bağlı təxirə salınan imtahanlar ali təhsil müəssisələrinə sənəd qəbulu və gələcəkdə keçirilməli olan imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun müəyyən ediləcək. O, bu günlərdə evdə qalan abituriyentlərə bəzi tövsiyələr də verib.
Təhsil eksperti Kamran Əliyev isə hesab edir ki, əslində aidiyyatı qurumlar hazırki vəziyyətdən çıxmaqla bağlı indiyə qədər planlar hazırlamalı idilər. Aprel ayının 20-dən etibarən artıq abituriyentlərin ərizə qəbuluna başlanılmalı, qəbul imtahanları elektron qaydada keçirilməli idi.
Ekspert bildirir ki, koronavirusla mübarizə aparan ölkələr, o cümlədən qonşu Türkiyə dövləti də bu təcrübədən istifadə edir və imtahanları elektron qaydada həyata keçirəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Dalidag.az
Kateqoriya: Video / Sosium
Tarix: 14-04-2020 21:46
Baxış sayı: 4654Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)



















