Sovet dövlətinin qurucusu olan Vladimir Ulyanov Leninin Serqey adında doğma əkiz qardaşı olub. O zamanlar bu haqda yalnız Leninin ən yaxın sirdaşları bilirmiş və Leninin özü də bu haqda gizli saxlayırdı. Bu yaxınlarda tarixçilərin əlinə keçən Vladimir və Serqey Ulyanovların foto şəkili bir daha sübut etmişdir ki, Leninin əkiz qardaşının olması şaiyə deyil, həqiqət imiş. Serqey də Vladimir kimi ailənin sevimli övladlarından olub. Amma Serqeyin xasiyyəti və dünyaya baxışı Vladimirdən (Lenin)

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub. Dalidag.az -ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək. Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub. AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox

O, dünyanın 1000-dən çox uşağı olan və ən qəddar hökmdarlarından biri kimi tarixə düşüb. Dalidag.az bildirir ki, Sultan Mulay İsmayıl İbn Şərif 1646-cı ildə Sahara səhrasının qərbində, daha dəqiqi Tafilalta bölgəsində anadan olub. Onun atası Məhəmməd Əş Şərif Tafilaltın müstəqilliyinə nail olaraq ələvi şeriflərin tamhüquqlu lideri olub. Bir neçə il sonra, 1635-ci ildə o, hakimiyyəti böyük oğlu II Məhəmmədə ötürüb. Lakin onun uğurlu idarəçiliyinə baxmayaraq, 1664-cü ildə özünü sultan elan edən

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, sədr Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə danışıb. O, bildirib ki, coğrafı mövqeyinə rəğmən beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq

Hər şeydən öncə kitabı bilik qazanmaq üçün oxuyurlar, kitabı həm də müxtəlif ideyalara sahib olmaq, dünyagörüşünü zənginləşdirmək üçün də oxuyurlar və bütün bunlar əslində sizin həyat tərzinizə təsirsiz ötüşmür. Yaxşı bəs kitab oxumaq insana nə verir? Kitablarda kitabı yazanların böyük təcrübəsi, biliyi, ideyaları, metodları, strategiyaları olur. Kitablar dünyagörüşünü formalaşdırır-düzgün kitab oxumaqla insan tədricən dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və

Bu gün 2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülənlərin adları açıqlanıb. Dalidag.az xəbər verir ki, Polşalı yazıçı Olqa Tokarçuk 2018-ci il, avstriyalı yazıçı Peter Handke isə 2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi olub. Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının verilməsi mərasimi ləğv edilmişdi. Çünki mükafatla ilə bağlı olaraq yaranan qalmaqal səbəbindən bir çox jüri üzvü istefa vermişdi. Dalidag.az

Frans Kafkanın əsərləri qaramat və boğucu görünə bilər, amma dostları Maks Brod və Qustav Yanoçun dediyi kimi, özü belə deyildi. Hər ikisi Kafkanın müsbət auralı və zarafatcıl biri olduğunu deyirdi. Hətta “Məhkəmə” adlı romanının ilkin əlyazmasını dostlarına gülərək oxumuşdu. Lakin Kafkanın təkcə əsərlərində yox, məktublarında da qaramat hava hökm sürür. Bəlkə də bunun sirri Kafkanın özü haqda danışmasından daha çox yazmağa olan güclü ehtirasında idi – onun ən böyük sirri gizliliyi idi.

Özbəkistanın qədim Kokand şəhərində Azərbaycan-Özbəkistan dostluq, əməkdaşlığı ilə bağlı tədbir, gecə və millət vəkili Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, tədbirlərdə millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, Kokand şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər. Bu ölkənin

Müəllim — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. Müəllimin pedaqoji qabiliyyətləri Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik

Ötən gün sosial şəbəkələrdə Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin büstünün aşırılması ilə bağlı görüntülər yayılıb. Bu görüntülər sosial şəbəkə istifadəçiləri arasında narahatlığa səbəb olub. Onlar büstün belə dağıdılmasını şairin ruhuna hörmətsizlik kimi qəbul ediblər. Xəbərin izinə düşüb büstün yerləşdiyi paytaxtın Qaradağ rayon ''Müşfiqabad'' qəsəbəsinə getdik. Məlum oldu ki, əslində məsələ sosial şəbəkədə müzakirə edildiy kimi deyil. Görkəmli şairin büstü, adına olan mədəniyyət və
Yazı axını
29 / 04 / 2024