Bu gün Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın fəaliyyət planının müzakirəsi keçirillib. Dalidag.az xəbər verir ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış İctimai Şuranın sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katib İlqar Orucov və şura üzvü Etbar Əliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil ekspertləri Məlahət Mürşüdlü, Nisə Cavanşir, Nabatəli Qulamoğlu, Məhəmməd Bayramov, Elşən Qafarov, Kamran Əsədov, Fərman Abullayev, İlham Əhmədov, AVMA –

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib. Dalidağ.az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib. O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib: "Həkimlərin məsləhətilə yenidən - üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata

Təyyarələrlə bağlı maraqlı məlumatlar daim var. Dalidag.az təyyarələrdə diqqətimizi çəkən, amma çoxumuzun niyə mövcud olduğunu bilmədiyimiz ən maraqlı 10 detalı oxucularına təqdim edir. 1- Qanadlardakı qarmaqlar Əksər təyyarələrdə təcili vəziyyətdə qanad üzərində gedən sərnişinlərin yıxılmaması üçün kəndir və şəkildə gördüyünüz qarmaq mövcuddur. Təhlükəsizlik ipi qarmağa bağlandıqdan sonra sərnişinlər asanlıqla evakuasiya edilə bilər. 2- Kokpitdəki balta Bir çox ölkələrin qanunlarına görə,

“Bakı şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı işlər görülür”. Dalidag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib. Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması işlərinin aparıldığını bildirən nazir müavini C. Məmmədquluzadənin heykəlin hazırlanması ilə bağlı müsabiqə elan ediləcəyini də qeyd edib: “Heykəli kimin hazırlayacağı məlum olandan sonra ucaldılması ilə bağlı müvafiq işlər həyata

"Əvəllər bizim İstanbulda seminarlarımız olurdu. Qarabağdan olan azərbaycanlı və erməni qadınları yığaraq seminarlar təşkil edir, sülhün əldə ediləcəyi təqdirdə onların birlikdə necə yaşaya biləcəyini müzakirə edirdik. Əslində bu beynəlxalq təşkilatların seminarı idi, sadəcə biz də qadınlarla orada iştirak edirdik. Bu qadın özü Bayılda yaşayıb, Bakı ermənisidir. Gəlib yanımda əyləşdi, başını mənə tərəf əyərək dedi ki, sizdən Bakının qoxusunu almaq istəyirəm. Həmin vaxt fotomuzu çəkdilər.

Ahıska türklərinin böyük sürgünündən 75 il ötür. Dalidag.az bildirir ki, 1944-cü il noyabrın 14-də 90 mindən çox Ahıska türkü SSRİ lideri İosif Stalinin sərəncamıyla öz ata-baba yurdlarından - Gürcüstandan Mərkəzi Asiya və Sibirə sürgün edilib. Sürgün zamanı yük vaqonlarında daşınan türklərin bir hissəsi havasızlıqdan, soyuqdan və aclıqdan həlak olub. Bu zaman təxminən 30 min Ahıska türkünün öldüyü, bir hissəsinin ağır xəstəliyə düçar olduğu bildirilib. Məlumata görə, qatarda ölənləri

“Çox çətinliklə dözürdüm. Mən nə ilə məşğul olduğumu belə deyə bilməzdim. Gülməli hallar olurdu. Lazımlı sənədləri almaqdan ötrü nə qədər zəhmət sərf etməli olurdun! Mən bu barədə sakit danışa da bilmirəm”. Kərim Kərimov deyir bunu müsahibələrinin birində. O Kərim Kərimov ki, 25 il SSRİ-nin bütün kosmonavtlarını göyə yola salmışdı. 1966-cı ildən, ta SSRİ dağılana kimi. Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri kimi. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun

“17.11.1988, GÜLTƏKİN ANA”. Düz 31 ili geridə qoyub bu yazı. Dirəniş, dözüm və əzmkarlıq göstərərək. Saplarının rəngi kimi ağ olmasa da, qara tarixi ilə... Türkçülüyü, müasirliyi, eyni zamanda islamiyyəti başı üzərində gəzdirmək istəyən xalqın tarixi... Ağa qara yaxan Sovet hökumətinin qanlı zamanlarının şanlı yadigarıdır bu üçrəngli qumaş. Gültəkin Həsənovanın əllərinin zəhməti, gözlərinin nuru, ürəyinin sevgisi ilə tikilən dördbucaqlı dövlət. O dövlət ki, 1988-ci ildə elə onu tikən şəxs

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür. Dalidag.az xatırladır ki, Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli

Xərçəng xəstəliyindən vəfat edən türkiyəli Neslican Taya heykəl qoyulub. Dalidag.az xəbər verir ki, sosial media fenomeni olan gənc qıza qoyulan abidə Bodrum bələdiyyəsinin qarşısında yerləşdrilib. Heykəlin müəllifi Mustafa İşeri onunla bağlı yayılan xəbərlərdən çox təsirləndiyini və bu səbəblə də onu ölümsüzləşdirimək istədiyini bildirib. Qeyd edək ki, 4 il əvvəl ayağının birini itirən Neslican xəstəliyinə baxmayaraq, hər zaman pozitiv paylaşımları ilə eyni xəstəlikdən əziyyət çəkən insanlara
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024