Reklam
Stalin dəhşəti: 30 min türk belə öldürüldü
17-11-2019 16:58
Dalidag.az bildirir ki, 1944-cü il noyabrın 14-də 90 mindən çox Ahıska türkü SSRİ lideri İosif Stalinin sərəncamıyla öz ata-baba yurdlarından - Gürcüstandan Mərkəzi Asiya və Sibirə sürgün edilib.
Sürgün zamanı yük vaqonlarında daşınan türklərin bir hissəsi havasızlıqdan, soyuqdan və aclıqdan həlak olub. Bu zaman təxminən 30 min Ahıska türkünün öldüyü, bir hissəsinin ağır xəstəliyə düçar olduğu bildirilib.
Məlumata görə, qatarda ölənləri basdırmağa belə icazə vermir, vaqonlardan düşürdüb, yolun kənarına atıblar.
Ahıska türklərinə yalnız 1956-cı ildən sonra SSRİ-nin digər bölgələrinə köçməyə icazə verilib. 1958-1960-cı illərdə onların bir hissəsi Azərbaycana köç edib.
Tarix boyu müxtəlif fəlakətlərlə üzləşən Ahıska türkləri növbəti dəhşəti 1989-cu ildə Özbəkistanın Fərqanə şəhərində yaşanmış və tarixə "Fərqanə hadisələri" kimi düşmüş qardaş qarşıdurması ilə yaşayıb. Belə ki, üçüncü tərəfin əli ilə özbəklərlə Ahıska türkləri arasında qarşıdurma yaradılıb. Hadisələr zamanı onlarla insan həlak olub.
Türk dünyasına ağır zərbə olan bu hadisədən sonra Ahıska türklərinin ikinci deportasiyası başlanıb. Həmin vaxt onların böyük əksəriyyəti Azərbaycana gəlib və ölkənin müxtəlif rayonlarına yerləşdirilib.
Hazırda Azərbaycanda təxminən 80 min Ahıska türkünün yaşadığı bildirilir.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 17-11-2019 16:58
Baxış sayı: 3658Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























