Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Minatəmizləmə Agentliyinin dəstəyi ilə iyunun 25-də məcburi köçkün bələdçilər və jurnalistlər üçün mina təhlükəsizliyinə dair təlim təşkil edilib. Torpaqlarımızın işğaldan qurtarılmasından sonra ilk dəfədir jurnalistlər üçün keçirilən maarifləndirmə tədbirinə peşə faəliyyəti ilə əlaqədar vaxtaşırı həmin ərazilərə gedən media nümayəndələri və ərazisi işğaldan azad olunmuş rayonlardan olan və səfərlər zamanı bələdçilik

Vətən müharibəsinin iştirakçısı Elçin Əhmədovun bu gün sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub. Maştağa qəsəbəsi 1 nömrəli tam internat məktəbində böyüyən Elçin Əhmədov ona medal verilməmə səbəbini belə şərh etdi: “Divarları yazdığım üçün heç bir medal təqdim olunmadı. Vətən sağ olsun!” Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a danışan Elçin Əhmədov deyib ki, medal almamasının səbəbini bilmir: “Çox düşünüb analiz etdim. Bircə ağlıma divarı yazmağım gəldi. Döyüşlərə könüllü

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günündür. Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi təsis edilib. Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində başlatdığı islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, dövlət qulluğu sahəsində kadr potensialı təkmilləşdirilib. Dövlət qulluqçularının layiqli həyat səviyyəsinin təmin edilməsi, maddi rifah halının

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən

Sabiq president Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku ölkədə siyasi repressiyaların başladığını bildirib. Ermənistan mediasının xəbərinə görə, bu barədə blokun mərkəzi seçki qərargahının nümayəndəsi Aram Vardevanyanın feysbukda paylaşdığı bəyanatda deyilir. O, bildirib ki, baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın həmrəyliyin təzahürü haqqında danışması uzaqda deyil. Artıq qərargah üzvləri növbədənkənar parlament seçkilərində "Ermənistan" blokunun

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir. Dalidag.az bildirir ki, dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlimi izləyib. Təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev "Bayraqdar-TB2" silahlı pilotsuz uçuş aparatının

"MediaTürk" internet kanalının yeni layihəsi yayımlanıb. Dalidag.a z xəbər verir ki, "PRO Söhbət" adlanan yeni layihənin ilk buraxılışının qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və tanınmış təhsil eksperti, Milli Məclisin deputatı Etibar Əliyev olub. Veriliş boyu ziyalılar müxtəlif məqamlara toxunub. Professor Ş.Əsgərovun elmi düşüncələrini, həyat və yaradıcılığını əhatə edən geniş müsahibə vasitəsilə onu daha yaxından tanımaq

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, qonağı salamlayan general-polkovnik Z.Həsənov Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və hərbi qulluqçularımızın
Yazı axını
 
 
 
29 / 04 / 2024