Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günündür. Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi təsis edilib. Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində başlatdığı islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, dövlət qulluğu sahəsində kadr potensialı təkmilləşdirilib. Dövlət qulluqçularının layiqli həyat səviyyəsinin təmin edilməsi, maddi rifah halının

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən

Sabiq president Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku ölkədə siyasi repressiyaların başladığını bildirib. Ermənistan mediasının xəbərinə görə, bu barədə blokun mərkəzi seçki qərargahının nümayəndəsi Aram Vardevanyanın feysbukda paylaşdığı bəyanatda deyilir. O, bildirib ki, baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın həmrəyliyin təzahürü haqqında danışması uzaqda deyil. Artıq qərargah üzvləri növbədənkənar parlament seçkilərində "Ermənistan" blokunun

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir. Dalidag.az bildirir ki, dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlimi izləyib. Təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev "Bayraqdar-TB2" silahlı pilotsuz uçuş aparatının

"MediaTürk" internet kanalının yeni layihəsi yayımlanıb. Dalidag.a z xəbər verir ki, "PRO Söhbət" adlanan yeni layihənin ilk buraxılışının qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və tanınmış təhsil eksperti, Milli Məclisin deputatı Etibar Əliyev olub. Veriliş boyu ziyalılar müxtəlif məqamlara toxunub. Professor Ş.Əsgərovun elmi düşüncələrini, həyat və yaradıcılığını əhatə edən geniş müsahibə vasitəsilə onu daha yaxından tanımaq

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, qonağı salamlayan general-polkovnik Z.Həsənov Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və hərbi qulluqçularımızın

Ermənistandakı seçkilərdə Nikol Paşinyanın partiyası qalib gəldi. Onun tərəfdarları daha çox birləşmişdi, nəinki rəqiblərinin. Ya rəqibləri öz hakimiyyətləri dövründə seçiciləri bezdirmişdilər, ya da onlara görə yaxşı səs vermədilər. Lakin Paşinyan yenə ölkənin rəhbəridir. Ona görə də, Yerevandakı Amerika səfirliyi “5”ə layiq işləyib, Dövlət Departamenti isə “5 üstəgəl”ə layiqdir. Rusiyalı politoloq Yevgeni Satanovski Ermənistandakı parlament seçkilərinin nəticələrini özünün Telegram-kanalında

"Türkiyə ilə Azərbaycan arasında yeni iş birliyi layihələri çərçivəsində ortaq pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün zavodun tikintisi üzərində iş aparılır". Türkiyə mətbuatı xəbər verir ki, bunu Müdafiə Sənayesi naziri İsmail Dəmir deyib. "Türkiyə ilə Azərbaycan bir-birini tamamlayacaq və gücləndirəcək əməkdaşlığa doğru gedir. Madam ki, Azərbaycanla bağlı "bir millət, iki dövlət" deyirik. Elə də davranmağın vacib olduğunu düşünürük. Orada bir PUA zavodunun yaradılması üçün

Ermənistan Avrasiya İttifaqı və KTMT ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Dalidag.az axar.az-a istinadla xəbər verir ki, bunu Mülki Müqavilə Partiyasının sədri, baş nazir Nikol Paşinyan deyib. Paşinyan təkcə Rusiya Prezidenti Vladimir Putinə yox, həm də Rusiya baş naziri Mixail Mişustinə, Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Cozef Baydenə, İran Prezidenti Həsən Ruhaniyə, Gürcüstan baş naziri İrakli Qaribaşviliyə, Avropa Komissiyasının sədri Şarl Mişelə Ermənistana
Yazı axını