Reklam
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ifadə verdi
13-10-2026 10:57
Dalidag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəsimi Musayev ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, lakin qadının silahdan möhkəm yapışdığını və buna görə də atəş açmağa məcbur qaldığını vurğulayıb.
Üstəlik, Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla zərbələr endirdiyini və onu döydüyünü deyib.
Zərərçəkən Ani Avetisyan isə mediaya açıqlamasında bildirib ki, evə girərkən Musayevin uşaqlarını silahla hədələdiyini görüb. Onun sözlərinə görə, azərbaycanlı üç dəfə atəş açmağa çalışıb.
Birinci dəfə o, atəş aça bilməyib, sonra oğluna atəş açmağa cəhd edib. Ani silahı götürməyə çalışıb və əsgər atəş açaraq onu yaralayıb. Məhz bu zaman Ani Musayevi bıçaqlayıb. Üçüncü dəfə isə qadının ayağına atəş açıb.
Qadın həmçinin bildirib ki, əsgərin sursatı qurtarıb və silahını yenidən doldurmağa çalışıb. O bildirib ki, müqavimət göstərməsəydi, kişi bütün ailəni güllələyə bilərdi.
Qeyd edək ki, azərbaycanlı əsgər Nəsimi Musayevin Ermənistanda saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 13-10-2026 10:57
Baxış sayı: 313Yazı axını
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
Ən çox oxunanlar





























