
Reklam
Əslən Kəlbəcərdən olan Nəsimi Musayevin atası danışdı
15-10-2026 13:54

Dalidag.az xəbər verir ki, o bildirib ki, ailəsi əslən Kəlbəcər rayonunun Armudlu kəndindəndir. Daşkəsən rayonunda qeydiyyatda olsalar da, hazırda Gəncə şəhərində yaşayırlar.
Rasim Musayevin sözlərinə görə, ailədə dörd övlad var: üç oğlan və bir qız. Oğullarından biri Vətən müharibəsi qazisidir, digər oğlu isə hazırda Bakıda hərbi xidmət keçir. Nəsimi Musayev isə Laçın istiqamətində yerləşən N saylı hərbi hissədə xidmət edirdi.
Atası bildirib ki, Nəsimi sağlamlıq vəziyyəti ilə əlaqədar hərbi xidmətə gec çağırılıb. Yastıpəncəli olması səbəbindən tibbi müayinə zamanı müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab edilib. Sonradan isə ona hərbi xidmətə çağırışla bağlı bildiriş gəlib.
Rasim Musayevin sözlərinə görə, hazırda onun ən böyük arzusu oğlu ilə əlaqə saxlamaqdır. Oğlunun taleyindən narahat olduğunu bildirən ata məsələnin həllini gözlədiyini deyib.
Xatırladaq ki, sentyabrın 26-da Nəsimi Musayevin Laçın rayonu istiqamətində xidmət yerində olmadığı müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda İrəvanda saxlanılır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-10-2026 13:54
Baxış sayı: 392Yazı axını
06 / 11 / 2026
05 / 11 / 2026
04 / 11 / 2026
04 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
Ən çox oxunanlar





























