Reklam
"Qurtar mənim ruhumu, can adlı bu qəfəsdən..." - Fərid Muradzadə
12-10-2026 11:11
Fərid Muradzadə* * *
Nə var ölümdən ucuz,
Nə var ömürdən baha.
Bir ucuz ölüm üçün
Yalvarıram Allaha...
Yalvarıram, nə olar,
apar məni ilahi!
Bu cəhənnəm odundan
Qurtar məni, ilahi!
Qurtar mənim ruhumu,
Can adlı bu qəfəsdən.
Yaşamaq istəmirəm
Ürək düşüb həvəsdən.
Yorulmuşam, doymuşam,
Bu mənasız ömürdən.
Bəlkə rahatlıq tapam
Torpaq altda, qəbirdə.
Mən bir qurtuluş kimi
Ölüm arzulayıram,
Burdan getməyim üçün,
Səcdədə sızlayıram.
Nə var ölümdən ucuz,
Nə var ömürdən baha.
Bir ucuz ölüm üçün
Yalvarıram Allaha...
* * *
Bir gecə qəfil yuxuna gəlsəm
Bil ki, səni düşünürəm.
Gözlərin qəfildən dikilsə yola,
Bil ki, səni gözləyirəm.
Qənirə Paşayevaya
Bir gecə... O bu gecədir
Qəfil yuxudan ayılsan
Dəli tək yataqdan qalxsan
Bil ki səni düşünürəm...
Qəmli,qüssəli gözlərin
Susqundursa suallara
Dikilibdirsə yollara
Demək səni gözləyirəm.
Ruhun ətrimi duyursa,
Xəyallar səni çəkirsə,
Qulağına səs gəlirsə,
Mənəm, səni səsləyirəm.
* * *
Həsrətini qoxladım,
Qor içində sızladım,
Alısdım,alov aldım,
Sönsəm məni bağışla.
Qəfil yuxuna girsəm,
Ruhdan qəlbinə ensəm,
Gəlib qapını döýsəm
Dönsəm məni bağışla.
Ha sürünəm, yalvaram,
Yenə sağalmaz yaran,
Bilirəm, günahkaram,
Ölsəm, məni bağışla...
Aşiqlik bir gecədir, peşmanlıqsa min gecə
Əli Şəriəti
Aşiqlik bir gecədir,
pesmanlıqsa min bir gecə,
Peşmanam dərgahında
aşiq olmadım bir gecə...
Mən cəhənnəm yaşadım
Ruhumda yanğın almadan.
Yandım aşikar yandım,
şam tək yanmadım, gizlicə.
Dərd çəkdim, çox yükləndim
hicran çəkdim, yükdən çökdüm.
Bu qədər cövrı-cəfam
layiq oldu sonda heçə....
Sən ki eşq şərabısan
mən də sənə peymanəyəm,
içdikcə itirirəm
hər gün səni küçə-küçə.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-10-2026 11:11
Baxış sayı: 313Yazı axını
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30





























