Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən Azərbaycan Ordusunun zabiti torpağa tapşırılıb. Dalidag.az - ın məlumatına görə, 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlu Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub. Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib./report Dalidag.az

Türkiyə istehsalı olan sabit qanadlı ALPAGU ağıllı PUA sistemi sursatlı sınaq atışını uğurla yerinə yetirib. Dalidag.az xəbər verir ki, bununla bağlı görüntüləri öz “Tvitter” səhifəsində Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir yayımlayıb. “Özü yüngül, təsiri ağır ALPAGU-dan dəqiq zərbə! STM-nin milli mühəndislik qabiliyyəti ilə inkişaf etdirdiyi bir hərbçi tərəfindən gecə-gündüz təsirli əməliyyat apara bilən sabit qanadlı ağıllı PUA sistemi

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmu şəhərində prezident seçkisi barədə fikir bildirmək üçün təşkil edilən “Azad tribun”da urmulu gənc tələbini dilə gətirib. Dalidag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Video-görüntüdə urmulu gənc “Mən və mənim kimilər siyasi məhbuslarımız, o cümlədən Abbas Lisani azad olunduğu halda rəy verə bilərik” deyə, İran hökumətinin Güney Azərbaycanın milli-mədəni fəallarına qarşı siyasətini tənqid edib. Urmulu gənc İran

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ADA Universitetində Əfqanıstandan olan diplomatlar və dövlət qulluqçuları qarşısında “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” adlı mühazirə ilə çıxış edib. Dalidag.az xəbər verir k, Mühazirə universitetin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə birgə həyata keçirdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı”

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri ilə görüşü olub. Dalidag.az -ın xəbərinə görə, görüş Böyük Qayıdışa hazırlıq ərəfəsində məcburi köçkünlərlə dialoqu davam etdirmək, köçürülmə strategiyası ilə bağlı fikir mübadiləsi, məlumatlandırma və maarifləndirmə işi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət

Şuşada cücərən toxum Macarıstandan başlayan və bütün Türküstanı əhatə edən, ay və ulduzların iç-içə olduğu Turan birliyinin başlanğıcıdır. Dalidag.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ deyib. "Yaxında digər türk dövlətlərinin də birliyə qatıldığını birlikdə görəcəyik", - ekspert bildirib. Dalidag.az

“Erməni tərəfindən rus tərəfinə deyiblər ki, minalanmış ərazilərin heç bir xəritəsi mövcud deyil”. Dalidag.az xəbər verir ki, bunu “Hraparak” nəşrində verdiyi açıqlamasında erməni polkovnik Boris Avaqyan deyib. “Minalanmış ərazilərin xəritəsi hekayəsi Muradovun bütün hərbi əsirləri bu xəritələrlə dəyişmək üçün Rusiya Müdafiə Nazirliyinin adından qaldırdığı məsələdir”, – deyə Avaqyan qeyd edib. Onun sözlərinə görə, Ermənistan MN deyib ki, belə bir xəritə mövcud deyil “Nikol Paşinyan xəritələri

Kəlbəcər Rayon İcra Hakimiyyətində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra pandemiya qaydalarına

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə məcburi köçkünlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyub. Komitədən Dalidag.az -a verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər əlamətdar bir gündə - 15 İyun Milli Qurtuluş günündə bu təşəbbüsə qoşulub. Ulu Öndər Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daim diqqət və qayğı göstərib. Münaqişənin ilk illərində ümumilli
Yazı axını
 
 
 
29 / 04 / 2024