Reklam
Şəhid Taleh Muxtarovun ailəsi və məzarı ziyarət edilib - Fotolar
07-10-2026 18:27
Şəhid Taleh Həşim oğlu Muxtarovun ailəsi və məzarı ziyarət edilib.Dalidag.az-ın xəbərinə görə, ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, YAP Kəlbəcər Rayon təşkilatının əməkdaşları, Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb. Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Muxtarov Taleh Həşim oğlu 01 dekabr 1985-ci ildə Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub. 1991-ci ildə Kəlbəcər rayon Kəndyeri kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Muxtarovlar ailəsi Goranboy rayonunun Xanqərvənd kəndində yaşamağa başlayıblar. Orta təhsilini Goranboy rayonunun Xanqərvənd kəndində davam etdirib. 2003 ildə həmin məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vuran Taleh Muxtarov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 07 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 07 oktyabr 2020-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dalidag.az






Kateqoriya: Kəlbəcər
Tarix: 07-10-2026 18:27
Baxış sayı: 37Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























