Daşaltı kəndində turizm nərkəzi tikiləcək. Bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib. A. Kərimov deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq. A. Kərimov diaspor nümayəndələrinə çağırış edərək beynəlxalq simpozium və

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı bu gün də işini davam etdirir. Zəfər Qurultayınının ikinci günündə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxış edəcək. Sonra isə Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək və diaspor nümayəndələrinin təltif olunma mərasimi

“9 noyabr 2020-ci il bəyanatından sonra masa üstündə Dağlıq Qarabağ tənzimləməsinə aid olan və ya dövriyyəyə buraxılan bir dənə də layihə və ya qaralama olmayıb və yoxdur”. Bunu aprelin 22-də keçirilən hökumət iclasında baş nazir Nikol Paşinyan deyib. Qarabağın “təhvil verilməsinə” dair ittihamları dəf edən baş nazirin sözlərinə görə “Artsax (Qarabağ-red) əşya deyil ki” təhvil verilsin və ya verilməsin: “Artsax (Qarabağ-red) ilk növbədə orda yaşayan insanlardır. Əgər biz Artsaxı (Qarabağ-red)

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, suni qurğuların inşası

Sabah Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır. Dalidag.az xəbər verir ki, Zəfər qurultayı aprelin 22-23-də keçiriləcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini

“Bütün Qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu edirdik". Dalidag.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev bildirib. V.Hacıyev deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı 22 və 23 apreldə Şuşada keçiriləcək: “Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır. Şuşada keçiriləcək Qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət

Rusiyanın Ukraynada denasifikasiya və demilitarizasiya adı altında başlatdığı müharibə davam etməkdədir. Rusları Ukraynaya heç kim rəsmi olaraq bu əməliyyatları aparmaq üçün dəvət etməyib, Moskva bunu Donbasda yaşayan rus əhalisinin müraciəti əsasında etdiyini deyir . Bunlar öz yerində və hazırkı mövzumuzun hədəfi deyil. Amma Rusiyanın rəsmi olaraq demilitarizasiya kimi öhdəliyi həqiqətən də var. Bu öhdəliyi isə 2020-ci ilin 10 noyabr sənədində üzərinə götürüb- Rusiya prezidenti Putinin öz

Rusiya MN-nin “Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyib, əvvəlki mövqelərə qaytarılması üçün iş aparılır” açıqlaması, ardınca separatçıların “Azərbaycan Ordusu əvvəlki mövqelərinə qaytarıldı” məlumatı manipulyasiyaya bənzəyir: ruslara bölgəyə “nəzarət etdiklərini” nümayiş etdirmək üçün nümunələr lazımdır; Bu, həm də Qarabağdakı erməni əhalisinə hesablanıb. Fərrux məsələsi ilə erməni əhali arasında Rusiyanın “təhlükəsizliyin qarantı” imici zədələnib və onların bölgədən getmək

“Azərbaycan ordusu Müdafiə Nazirliyindən aldığı tapşırıqların icrası ilə məşğuldur”. Dalidag.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, Azərbaycan ordusunun Tərtər rayonunun (keçmiş Ağdərə rayonu - red.) Yarımca kəndi istiqamətində olan mövqelərdə möhkəmlənməsinə dair xəbərlərə münasibət bildirib. Hərbi ekspertin sözlərinə görə, erməni mətbuatının nə yazmasından asılı olmayaraq, Azərbaycan ordusunun qarşısında konkret tapşırıqlar

"Azərbaycan Dəmir Yolları" QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı son vəziyyəti açıqlayıb. Dalidag.az-ın məlumatına görə, qurum bəyan edib ki, xəttin layihələndirilmə və tikinti işlərini, həmçinin texniki nəzarəti Azərbaycan və Türkiyə şirkətləri yerinə yetirir. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır. Eyni zamanda
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024