Bu gün görkəmli Azərbaycan şairi, sözü, bənzərsiz ruhuyla əbədi yaşar Məmməd Aslanın cisminin torpağa qovuşmasından 5 il ötür. Cismani yoxluqlar həyata əbədi varlıq imzası atanları unutdurmaz. Göylərdə pərvaz edən ruhun şad olsun, UCA ŞAİR, UCA ADAM! Qeyd edək ki, Məmməd Aslan 1939-cu il dekabrın-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı

Bir şair gəldi keçdi bu dünyadan, sözdən, şeirdən... ruhu sözə tapındı, cismi torpağı seçdi, "Mən dünyaya qərib gəldim"- deyən Əliağa Aslanın. Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul

"...Məhyəddinin dərdi dərindən-dərin Yağı topa tutub gözəlliklərin. Cənnət Kəlbəcərin, nur Kəlbəcərin Boranlı, çovğunlu qışı bəsimdi..." Dalidag.az Sevinc Qəribin təqdimatında Məhyəddin Məhərrəmoğlunun şeirlərini oxucuların ixtiyarına verir: BƏSİMDİ Qaytar o dağlara məni,İlahi! Qalıbsa evimin daşı,bəsimdi. Bütün dərdlərimi unutmaq üçün, Tək bircə təpənin qaşı,bəsimdi. Qaytar bulaqların nağıl dilini, Qaytar,çəmənlərin ipək telini. Qaytar,vətənimin ağır elini, Neyləyib tamahkar naşı, bəsimdi.

“Dördəlli tutmadım dünya varını, Adımı gözlədim el arasında” Şikəstə Rüstəm Kəlbəcərimizin həmişəyaşar şairlərindən biri də Şikəstə Rüstəmdir. Elə gəncliyindən yazdığı şeirlərlə həmişə gündəmdə olmuşdur. Şairin şeirləri bütün saz-söz məclislərinin yaraşığına çevrilmişdir. Rüstəm Xəlil oğlu Xəlilov 1882 cı ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşdur. (Ancaq bəzi mənbələrdə şairin düzgün olmayaraq doğum tarixini 1890 ci yazmışdılar.) Rüstəm kişi də zamanın tələbinə uyğun molla

"Onlar mənim ədalət hissimi öldürdü, mən də onları öldürüb intiqamımı aldım, onlar mənim məğrurluğumu öldürdü, mən də onları öldürdüm". Dalidag.az gənc yazar Asif Məmmədovun bir hekayəsini təqdim edir: PSİXİN İNTİHARI M əni son hadisədən sonra ələ keçirmişdilər. İndi mən boş, ağ divarlı və otağı lazımından çox işıqlandıran lampanın altına qoyulmuş masada oturmuşdum. Qandallı əllərimi masanın üzərində sabit saxlayıb, bu günə qədər bu əllərin törətdiyi cinayətləri xatırlayır, onların ölmədən öncə

"Mey içib, baş isinəndə canha-cana nə var ki?! Çətin vaxtda az tapılar ürək dostu dar günü". Zal Cabbarlı Zal Xəlil oğlu Cabbarlı 1916 cı ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşdur. 1933 cü ildən müəllim kimi fəaliyyətə başlamışdır. Və sonralar müxtəlif illərdə məktəb direktoru, Rayon Xalq Maarif Şöbəsinin müdiri, Məişət Xidməti Kombinatının direktoru, “Qızıl Maldar” qəzetinin redaktoru və bir sıra mühüm vəzifələrdə çalışmışdır. Rayonun ictimai-siyasi həyatında böyük rolu omuşdur.

Sakibə İsmayıl qızı Ələsgərova filologiya üzrə fəlsəfə doktoru, DPU-nun dosenti, əməkdar müəllim Mən bir qız tanıyıram –Cəmilə Çiçək. Bu qız Vətən dərdlidir, ana dərdlidir. Hamının üzünə gülümsəyir, amma içində bir qovğa var- həyat qovğası, yaşam qovğası. Həssasdır, səmimidir, utancaqdır. Amma bu onun mənəvi gücünü zəiflətmir, mübarizdir, haqq yanadır. Kəlbəcər alınandan çırpınır-ailəsi üçün, elm naminə, Vətən üçün. Bəzən də vacib layihələrlə görüşümüzə gəlir. Bu dəfəki layihənin mövzusu “İtkin

Tanınmış şair-publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı dərc olunub. "Ancaq O” adlı kitab "Adiloğlu” nəşriyyatında nəşr olunub. Kitabın redaktoru Fəridə Rəhimlidir. Kitabları Türkiyə, İran, Rusiyada işıq üzü görən müəllif üslubuna sadiq qalaraq nisgilini, həsrətini, sevgisini, duyğularını qələmə alıb. "Bir qadına” ünvanlanan silsilə " Ancaq O”da da davam edir. Emin Piri Dalidag.az

Şair Nəbi... Nəbi Dilsuz... Molla Nəbi Nəbi Kərim oğlu Nəcəfov İlk öncə onu deyim ki, Molla Nəbi də Kəlbəcərin möcüzəli hikmət sahiblərindən biri idi. Dedyimi bütün kəlbəcərlilər təsdiq edə bilər. 1898 ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərim kişi ilə birlikdə 1924 cü ilə kimi rəncbərlik edib, böyük bir ailəni çətinliklə dolandırıblar. Mən çəkinmədən deyərdim ki, Kəlbəcər rayonun ilk sazbəndi də Nəbi kişi olub. Bunu o zaman hamıdan

(Ustad şair İsmayıl İmanzadəyə məktub) Ə ziz dostum İsmayıl İmanzadə, oxudum ki, kitablarını axtarırsan. Çox yaxşı, öz arxivində bir neçə nüsxənin olmağı vacibdir... Doğrusu sənin kitabların, əlbəttə, məndə vardı, axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə vermişdin. Birincini isə Sənin adaşın olan qardaşım hələ çox əvvəllər tapıb gətirmişdi... Onun müəllimi olmuşdum, tapşırıq vermişdim ki, hər kəs özünün böyük adaşı haqda yazsın. Təsəvvür et ki, o, 40 il bundan əvvəl sənin böyüklüyünü
Yazı axını