Reklam
"Qəm etmə ki: Məmməd Aslan olmadı; axtarsan, taparsan varaq üstündə..."
23-09-2020 12:08
Bu gün görkəmli Azərbaycan şairi, sözü, bənzərsiz ruhuyla əbədi yaşar Məmməd Aslanın cisminin torpağa qovuşmasından 5 il ötür. Cismani yoxluqlar həyata əbədi varlıq imzası atanları unutdurmaz. Göylərdə pərvaz edən ruhun şad olsun, UCA ŞAİR, UCA ADAM!
Qeyd edək ki, Məmməd Aslan 1939-cu il dekabrın-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət ordeni" ilə təltif edilmişdir (2000).
Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur.
Dalidag.az ürəklərdə, könüllərdə yaşayan, söz ucalığında zirvə məqamına qovuşmuş Məmməd Aslanın şeirlərini təqdim edir:
Sevinc Qərib
Belə mənzil kəsər daş ağır-ağır…
Tükənmək bilməz ki, çılğın savaşlar;
Daşlaşmış canlardan kövrəklik yağır.
Soyumun daşını döşümə döydüm,
Döyə bilmədimsə, kimə nə borcu?!
Qayaya kök atıb, daşda böyüdüm;
Daş-daşla qovuşsa, daş – qala bürcü!
Çiyninə baş əysək bir-birimizin;
O daş yasdıq olar, baş yarmaz daha!
Boğmaz işığını gecə gündüzün;
Sağ-salamat çıxar axşam sabaha!..
Bir soy ki bir daşa baş qoysa əgər,
O daş millət üçün səcdəgah olar!
Kök özünü sevsə, Haqq onu sevər!
Bir soyun ayarı tam agah olar.
Qaya sədası var başın yasında:
Baş, daşın üstündə heykələ dönər!
Orxon-Yeniseyin daş-qayasında
Hələ Türklüyümün nəbzi döyünər.
DÜNYA XƏLVƏT DƏRƏ DEYİL…
Üzeyir bağında nə qədər bəhrə!
Üzeyir xəyalı nə qədər əlvan!
Bir ömrə sığmayan bu əsərlərə
«Əfsanə» deməkdə bəlkə haqlısan.
Güman elədin ki, xəlvət dərədi;
Yırtılmaz pərdəsi bu firıldağın…
Xəbislik xəbislə artdı, törədi,
Sirrini örtməyib dünya alçağın.
Azalmaz bir zərrə divin divliyi
– Nə qədər cumuxsa cırtdanlar divə!
Gizləyə bilməzsən Üzeyir bəyi,
Onun Günəş ruhu sığışmaz cibə!
Üzeyir möhtəşəm, Üzeyir uca!
Dərədən zirvəyə uladın sanki!
«Arşın mal alan»a əlin çatınca
Kəsdirdi üstünü «Koroğlu» cəngi!
Onun söykəndiyi Füzuli dağı
Bu yurddan baş alıb dirənib göyə!
Yeriyən od olsan, ağılsız yağı,
Neyləyə bilərsən Üzeyir bəyə?
Xalqının gözündə ucalan kəsi
Min bədxah zirvədən endirə bilməz!
Simlərdə alışar millətin səsi!
— Onu tufanlar da söndürə bilməz!
Sərçəsən, Qartalın üstə şığıma,
Xamırın çürükdür, birdəfəlik qan!
Gözünə sancılan gur işığıma
Gözün kor olduqca diş qıcayırsan…
Sən ki, yaranmısan bədxahlıq üçün:
Dünyanın başını kəsmək dilərsən.
Günəşi yummağa yetişməz gücün,
Eləcə gözünü yuma bilərsən…
Nazlı bənövşələr saplaq üstündə…
Aləm öz kefində: quş da, böcək də;
Demə ki: mən yoxam bir dağ üstündə.
Hər təpə bir qoyun, mən çoban idim;
Yerə də, göyə də pasiban idim!
Mən hardan bilərdim: haracan idim?!
Boy atıb bitmişdim torpaq üstündə.
Palıd ocağında yanan közlərdim;
Murovu canımdan çox əzizlərdim!..
Axşamdan-səhərə sübhü gözlərdim:
Bir şeh damlasıtək yarpaq üstündə.
Dağdan-dağa qonmaq ömürlük peşəm:
Hər zirvə sirrinə aşiyan quşam!
Şahlar görmədiyi gün keçirmişəm:
Bir daxma altında, çardaq üstündə.
Bu, son gözgörüşü; bu, son nazlama;
İstər sızla, könül; istər sızlama!..
Səda verməz sazın, bir də sazlama;
Qismətin qalmadı bulaq üstündə.
Çıxar qönçəsindən söz birər-birər;
Hər kəs əkdiyini aqibət dərər.
Pərvaz qanadlardan tərlanlar törər:
Nəsil qaymaq tutar ocaq üstündə.
Baxma hər yazdığım dastan olmadı;
Qəlbim toy-düyündən, yasdan olmadı…
Qəm etmə ki: Məmməd Aslan olmadı;
Axtarsan, taparsan varaq üstündə.
Məmməd ASLAN
Dalidag.az
Qeyd edək ki, Məmməd Aslan 1939-cu il dekabrın-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət ordeni" ilə təltif edilmişdir (2000).
Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur.
Dalidag.az ürəklərdə, könüllərdə yaşayan, söz ucalığında zirvə məqamına qovuşmuş Məmməd Aslanın şeirlərini təqdim edir:
Sevinc Qərib
QAYADAN QUMACAN
Dağın ayağından asılar daşlar;Belə mənzil kəsər daş ağır-ağır…
Tükənmək bilməz ki, çılğın savaşlar;
Daşlaşmış canlardan kövrəklik yağır.
Soyumun daşını döşümə döydüm,
Döyə bilmədimsə, kimə nə borcu?!
Qayaya kök atıb, daşda böyüdüm;
Daş-daşla qovuşsa, daş – qala bürcü!
Çiyninə baş əysək bir-birimizin;
O daş yasdıq olar, baş yarmaz daha!
Boğmaz işığını gecə gündüzün;
Sağ-salamat çıxar axşam sabaha!..
Bir soy ki bir daşa baş qoysa əgər,
O daş millət üçün səcdəgah olar!
Kök özünü sevsə, Haqq onu sevər!
Bir soyun ayarı tam agah olar.
Qaya sədası var başın yasında:
Baş, daşın üstündə heykələ dönər!
Orxon-Yeniseyin daş-qayasında
Hələ Türklüyümün nəbzi döyünər.
DÜNYA XƏLVƏT DƏRƏ DEYİL…
Üzeyir bağında nə qədər bəhrə!
Üzeyir xəyalı nə qədər əlvan!
Bir ömrə sığmayan bu əsərlərə
«Əfsanə» deməkdə bəlkə haqlısan.
Güman elədin ki, xəlvət dərədi;
Yırtılmaz pərdəsi bu firıldağın…
Xəbislik xəbislə artdı, törədi,
Sirrini örtməyib dünya alçağın.
Azalmaz bir zərrə divin divliyi
– Nə qədər cumuxsa cırtdanlar divə!
Gizləyə bilməzsən Üzeyir bəyi,
Onun Günəş ruhu sığışmaz cibə!
Üzeyir möhtəşəm, Üzeyir uca!
Dərədən zirvəyə uladın sanki!
«Arşın mal alan»a əlin çatınca
Kəsdirdi üstünü «Koroğlu» cəngi!
Onun söykəndiyi Füzuli dağı
Bu yurddan baş alıb dirənib göyə!
Yeriyən od olsan, ağılsız yağı,
Neyləyə bilərsən Üzeyir bəyə?
Xalqının gözündə ucalan kəsi
Min bədxah zirvədən endirə bilməz!
Simlərdə alışar millətin səsi!
— Onu tufanlar da söndürə bilməz!
Sərçəsən, Qartalın üstə şığıma,
Xamırın çürükdür, birdəfəlik qan!
Gözünə sancılan gur işığıma
Gözün kor olduqca diş qıcayırsan…
Sən ki, yaranmısan bədxahlıq üçün:
Dünyanın başını kəsmək dilərsən.
Günəşi yummağa yetişməz gücün,
Eləcə gözünü yuma bilərsən…
SON NAZLAMA
Dünyanın nə gözəl yazıymış, Allah!Nazlı bənövşələr saplaq üstündə…
Aləm öz kefində: quş da, böcək də;
Demə ki: mən yoxam bir dağ üstündə.
Hər təpə bir qoyun, mən çoban idim;
Yerə də, göyə də pasiban idim!
Mən hardan bilərdim: haracan idim?!
Boy atıb bitmişdim torpaq üstündə.
Palıd ocağında yanan közlərdim;
Murovu canımdan çox əzizlərdim!..
Axşamdan-səhərə sübhü gözlərdim:
Bir şeh damlasıtək yarpaq üstündə.
Dağdan-dağa qonmaq ömürlük peşəm:
Hər zirvə sirrinə aşiyan quşam!
Şahlar görmədiyi gün keçirmişəm:
Bir daxma altında, çardaq üstündə.
Bu, son gözgörüşü; bu, son nazlama;
İstər sızla, könül; istər sızlama!..
Səda verməz sazın, bir də sazlama;
Qismətin qalmadı bulaq üstündə.
Çıxar qönçəsindən söz birər-birər;
Hər kəs əkdiyini aqibət dərər.
Pərvaz qanadlardan tərlanlar törər:
Nəsil qaymaq tutar ocaq üstündə.
Baxma hər yazdığım dastan olmadı;
Qəlbim toy-düyündən, yasdan olmadı…
Qəm etmə ki: Məmməd Aslan olmadı;
Axtarsan, taparsan varaq üstündə.
BU AXŞAMÜSTÜ
Sıxlaşır ömrümün ala - toranı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Ovuda bilmərəm bu heyranlığı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Payızdan könlümə çiskin çökəndi,
Səninçin gül olan mənə tikəndi,
Madam gediləsi yollar tükəndi,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Mənim iradəmə arzular dustaq,
Ərşə ucalarıq, bu hirsi udsaq.
Min həsrət doğular - bir addım atsaq,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Qırıldı günlərin nizam qoşunu,
Nə gedib, nə qalıb…bilir yaş onu.
Sabahsız bir axşam kəsib qarşını,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Həsrətin bayıla, bayılda məni,
Bayıldıb… təzədən ayılda məni,
Çətin yarıdarsan bu yolda məni,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Tale öz vaxtında gərək yetirə…
İnsana çətindi: tapa, itirə.
Mənə əzab qalar, sənə xatirə,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Daşa «göyər!» desən əlbət, göyərər,
Gözündə bu dünya Məmməd göyərər.
Könlünə nə səpsən, həsrət göyərər,
Niyə qarşılaşdıq bu axşamüstü?!
NİYƏ İTİRDİN MƏNİ
Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır,bu,hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.
Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü,sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.
Ətək sən olardın,əl mən olardım,
Yanaq sən olardın,tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin,sən hara məni.
Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən,gah ara məni.
SƏN DEMƏ
Sən elə gözəlsən, elə göyçəksən,
Görüb gül üzünü, gül dandı könlüm.
Çiçək sözlərini yağdır üstümə,
Çiçəkli sözünə güldandı könlüm.
İntizar çəkməkdən min dağım çökdü,
Yolunmuş çəmənim ləçək-ləçəkdi,
Bu qədər ağrını-acını çəkdi,
Yenə xəyalınla ballandı könlüm.
Köhlən bildiyimiz, demə, yedəkmiş,
O şirin şərbətin bircə qədəhmiş…
Sözün də çiçəktək ömrü gödəkmiş,
Çiçək sözlərinə aldandı könlüm.
DƏRDDAŞIM DAĞLAR
Sizsiz yaşamağım - zindan əzabı;
Əgər yaşadığım yaşamaqdısa...
Fələklə könlümün qəmxarlığı var,
Göylərin gözündən yaşım axdısa.
Çiçək açmalıydı daşda diləyim;
Çiynimə qonmamış uçdu mələyim.
Hansı mərtəbədən, məqamdan deyim,
Təmələ hördüyüm daşım axdısa...
Mənimlə danışdı dağın hər daşı;
Sirr tutan dağların Məmməd - sirdaşı.
Bir kömək ummadan dərdini daşı,
Məqsədin dağ yükü daşımaqdısa.
SÖZÜN XƏTRİNƏ
Üçəm nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.
Sözü söz kimi de, hədəfə çatsın.
Arif kimsələrin döşünə yatsın!
İldırım çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.
Ömrüm bir gündən də kəm olur-olsun!
Nakəslər qəsdimə cəm olur-olshun!
Kimsəyə baş əyməm, kim olur-olsun!
Gedərəm, imanım xətasız qalar.
Məmməd ASLAN
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 23-09-2020 12:08
Baxış sayı: 4909
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02