Reklam
Ağdaban soyqırımı- İnsanlıq adına sığmayan faciə, mədəni irsimizə qarşı vandalizm siyasəti- VİDEO
08-04-2020 19:57
Erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 28 il ötür.
Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən anım mərasimi təşkil edilir.
Dalidag.az -ın xəbərinə görə, İctimai Birlikdən Azərtaca-a bildiriblər ki, bu dəfə də faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Ağdaban soyqırımı haqqında məlumatlar gənclər tərəfindən sosial şəbəkələr vasitəsilə beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və xarici nümayəndəliklərə göndərilib.
Bu barədə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov məlumat verib.
O qeyd edib ki, tarixən Azərbaycan xalqının başına gətirilən faciələr tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, onlara hüquqi-siyasi qiymət verilir. Bu gün dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində xalqımızın başına gətirilən müsibətlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Bu işə Heydər Əliyev Fondu da mühüm töhfələr verir.
Erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilən cinayətlərdən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində baş verib. Belə ki, Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırımı cinayətinin qurbanları sırasında yer alırlar. Qeyd edək ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. Belə ki, faciə zamanı 33 Ağdaban sakini qətlə yetirildi, yaşı 90-dan çox olan 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu, bir kəndin sakinlərinə qarşı törədilmiş amansız və insanlıq adına sığmayan faciə idi.
Ermənilər, bu faciə zamanı da Azərbaycanın mədəni irsinə qarşı vandalizm siyasəti törətdilər. Belə ki, şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları erməni cinayətkarları tərəfindən məhv edildi.
Dalidag.az

Kateqoriya: Manşet / Kəlbəcər / Video
Tarix: 08-04-2020 19:57
Baxış sayı: 4640
Yazı axını
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
14-11-2024 21:49