Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vətəndaşları qəbul edib. Dalidag.az -ın xəbərinə görə, fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Sumqayıt şəhəri, Sumqayıt şəhər Tarix-diyarşünaslıq Muzeyinin inzibati binasında, həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi

Kəlbəcər rayonunun Armudlu kəndi Tərtərçayın sol sahilində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın

Dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Dalidag.az

Zaur Əsədzadə Varşava İqtisadiyyt və İnsan Elmləri Universitetinin məzunu, Azərbaycan Universitetinin müəllimi, doktorant Təhsil hər bir millətin gələcəyidir. Bu sahəyə qoyulan hər bir manat vəsait gələcəyə yatırılan investisiyadır. Bu gün sürətlə müasirləşən, təkmilləşən sahələrdən biri də təhsil sistemidir. Cənab Prezidentin rəhbərliyi və tapşırıqları əsasında istər ali və orta ixtisas, istərsə də orta və peşə təhsilində davamlı dəyişikliklər edilir. Məqsədi daha yaxşı təhsil vermək, hər kəs

Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 0:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, noyabrın

Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhəti pisləşib. Dalidag.az xəbər verir ki, bu barədə onun vəkili Ceyhun Yusifov bildirib. Müdafiəçi qeyd edib ki, Mahir Quliyev həbs olunmamışdan 10 gün öncə kəskin infarkt keçirib: “Ürəyinə 3 ədəd stend qoyulub. Şəkərli diabet, ürək çatışmazlığı və hepatit C xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu müddətdə koronavirusa yoluxub və 2 ay komada qalıb. Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb

Kəlbəcər rayonunun Zar kəndi yaxınlığında bədbəxt hadisə nəticəsində vəfat edən hərbçi dəfn edilib. Dalidag.az xəbər verir ki, müddətli hərbi qulluqçu Nurəddin Burhan oğlu Mirzəzadə doğulduğu Lerik rayonunda torpağa tapşırılıb. Mərhumun dayısı Vidadi Ordahallı dəfndən görüntülər paylaşıb.

BAŞSAĞLIĞI Səhərimizi ağır xəbərlə açdıq. Amansız ölüm daha bir həmyerlimizin Kəlbəcərə qovuşmaq arzusunu gözündə qoydu. Bu səhər Şahkərəm kənd sakini Hicran Fəxrəddin qızı vaxtsız dünyasını dəyişib. Bu acı xəbər hər birimizi sarsıtdı, ağrıtdı. Başda ağsaqqalımız Fəxrəddin bəy olmaqla, Tovuz xanıma, Suqra xanıma, Vidadi bəyə, Xəqani bəyə, Aqil bəyə və Hicran xanımın bütün doğmalarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik olduğumuzu bildiririk! Allah rəhmət eləsin! "Çovdar və

Yerini bərk elə, başına dönüm, İndi Göyçənindi sıra, Kəlbəcər... Elman Tovuz Kəlbəcərli dostlara Demə, nə fərqi var, vətən vətəndi, Nə olsun yazılıb hara "Kəlbəcər". Hər yerin başqadı bərəsi, bəndi, Bax bura Tovuzdu, ora Kəlbəcər. Daşı - cəvahirat, torpağı - bəhər, Haqqın işığıdır hər gülən səhər. Alxış eləməyə Dəlidağ yetər, Axı nə gərək var Tura, Kəlbəcər. Çəkilib həsrəti hər nübarının - Yazda çiçəyinin, qışda qarının. Otuz il gözləyən övladlarının Tapılır dərdinə çara, Kəlbəcər. Var olsun
Yazı axını