İşğal altındakı Kəlbəcər rayonunun Başlıbel kəndindən olan abituriyentlər bu il ali məktəblərə tələbə qəbulunda rekorda imza atıblar. Belə ki, Dövlət İmtaham Mərkəzinin (DİM) elan etdiyi nəticələrə əsasən, bu il Başlıbel kəndindən 17 abituriyent “tələbə” adını qazanıb. Başlıbeldən olan daha bir gənc isə ikinci ali təhsil almaq üçün bu il DİM-in keçirdiyi qəbul imtahanlarında yenidən iştirak edərək öz istəyinə nail olub. Bununla da bu il Başlıbel kəndindən ali məktəblərə qəbul olunan gənclərin

ONU KƏLBƏCƏRSİZLİK DƏRDİ QOCALTDI... “AZƏRNƏŞR” - ağlar gözlü kəlbəcərlilərinin pənah gətirdiyi, ümid, inam, dözüm, səbr aldıqları ünvan idi. Əlövsət Ağalarov - kəlbəcərlilərin güvənc yeri, qayğılar girdabında yaşayan dözüm mücəssəməsi və ... Haqqında yazmaq istədiyim vətənpərvərlərimiz az deyil. Bəzilərini yaxın-uzaq tanıyıb az-çox, bir şey uydurub yazmışam. Doğrusu, bəyənilənləri də olub, “bəyənilməyən”ləri də. Bəyənilməyib ona görə ki, o “qəhrəmanlarım” qələmə aldıqlarımdan yuxarıda deyil,

"Azərnəşr"in baş redaktoru, tanınmış publisist-jurnalist, keçmiş millət vəkili Əlövsət Ağalarov 2020- ci il fefralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı həmyerlilərinə müraciət edib. Dalidag.az həmin müraciətin mətnini olduğu kimi təqdim edir: "Əziz və hörmətli kəlbəcərli qardaş-bacılarım! Gələn il keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyimlə bağlı mənə ünvanlanmış çoxsaylı müraciətlərinizi yüksək qiymətləndirirəm. Düşünürəm ki, bir dönəm

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb. Dalidag.az xəbər verir ki, bununla bağlı modern.az-a danışan icra başçısı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ona göstərilən etimada görə təşəkkür edib: "Bugünkü siyahıda mənim də adımın olması sevinclə yanaşı, böyük məsuliyyət hissi yaradır. Çalışacağam, YAP tərəfindən mənə

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. BQXK-nın Bakı nümayəndəliyindən bildirilib ki, saxlanılmış şəxslərlə bağlı bütün məsələlər tərəflərlə konfidensial ikitərəfli dialoq formasında müzakirə olunur. “Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçilik fəaliyyəti çərçivəsində tərəflərin razılığı əsasında, onlara saxlanılmış şəxslərin öz

Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri onları həbsxanada ziyarət edə biləcək. Dalidag.az xəbər verir ki, humanitar aksiya ilə bağlı danışıqlar yekun mərhələyə çatıb. “Hazırda azərbaycanlı girovların qohumlarının Qarabağa gələrək, onları həbsdə ziyarət etməsinə, eyni zamanda ermənistanlı qohumların qarşılıqlı səfər edərək, Azərbaycanda saxlanılan əsirlərlə görüşü barədə danışıqlar aparılır”. Hazırda Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov

Sosial şəbəklərdə Kəlbəcər rayonundan olan məcburi köçkünün məqsədli olaraq paytaxtda diləndilməsi ilə bağlı yayılan məlumatlara Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib. Dalidag.az xəbər verir ki, baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat üzrə Baxşeyiş İsmayılov müəyyən olunub, onun diləndirilməsi ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb. Onun kimsəsiz olması ilə bağlı deyilənlərə cavab

"Çox qəribədir, deputatlığın ağrı-acısını dadmayan, deputatlığın nə olduğunu bilməyən və bilənlərdən soruşmayan bir xeyli soydaşımız deputatlıq eşqinə düşüb sağına-soluna baxmadan meydan sulayır." Dalidag.az xəbər verir ki, bunu Əməkdar jurnalist, AJB və AYB-nin üzvü Əlövsət Ağalarov söyləyib. Ə.Ağalarov fikrini belə davam etdirib: " Əzizlərim, siz düşündüyünüz qədər sadə, asan bir iş deyil deputatlıq. Bəlkə də, deputat sözü adi bir termin kimi cəlbedici, gəl-gəl deyən gözəl təsiri bağışlayır.

"Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm" "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir". Dalidag.az xəbər verir ki, bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış

Mən bir insanın digər bir ictimai və ya siyasi xadim haqqında tənqid yazmasının qətiyyən əleyhinə deyiləm. Dəlidağ.az bildirir ki, sosial şəbəkədə özünü siyasi mühacir kimi təqdim edən Süleyman Süleymanlı adlı biri, kəlbəcərli ziyalılar barədə xoşagəlməyən, təhqiramiz fikirlər söyləyib. Əslən Kəlbəcərdən olan vəkil Əziz Qənbərin ziyalılarımızı müdafiə edən fikirlərini təqdim edirik: "Bu tənqid təhqirə keçməyincə bunu fikir və düşüncə azadlığı kimi qəbul edirəm. Lakin mənfisi və ya müsbəti ilə
Yazı axını