Reklam
Kəlbəcərli Tapdıq kişinin ürəkdağlayan girovluq həyatı...
12-05-2021 15:27
Son günlər Başlıbel faciəsinin bütün respublikamızda tanınması, faciənin iştirakçılarınin başlarına gələn ürək ağrıdıcı hadisələrin xatırlanması oxucuların xeyli marağına səbəb olmuşdur. Lakin bəzi oxucilarımız hadisələrin birtərəfli işıqlandırıldığını iddia edirlər. Onlar bildirirlər ki, Çovdar kənd sakini Tapdıq Muradovun, Şahkərəm kənd sakinləri İsmayıl Əzimovun, Yapon Mustafayevin, Bağman Baxşəliyevin və Başlıbel kənd sakini Tutu Əliyevanın başlarına gələn hadisələr yetərincə mətbuatda öz əksini tapmayıb. Bunu nəzərə alaraq apardığımız araşdırmaları silsilə məqalələr şəklində oxucularımıza təqdim edirik:
Birinci hekayət
Tapdıq Muradovun nəvəsi, 49 yaşlı Vidadi Murtuzayevin dedikləri:
1993-cü il mart ayının 31-də həmkəndlilərimizdən Müstəcəb əmi ilə atam Vaqif qonşu kəndimiz olan Başlıbel kəndindən gəldilər. O zaman mən Rusiyada hərbi xidməti təzəcə başa vurub evimizə qayıtmışdım. 21 yaşım var idi. Başlıbeldən gələnlər dedilər ki, Kəlbəcər rayonunda olan kəndlərdən ən böyüyü Başlıbel kəndidir,onlardan bir nəfər də çıxmayıb,ona görə də heç bir narahatçılığa ehtiyac yoxdur. Aprelin birinə keçən gecə hərə öz evimizdə arxayın yatdıq. Səhər yenicə oyanmışdıq, hay düşdü ki, ermənilər Kəlbəcəri alıb. Çaylarımız stolun üstündə qaldı. Tez-tələsik kəndi tərk etməyə başladıq. Ayağı tutan piyada üzü Başlıbelə tərəf yola düşdü. Yaşlı qoca və xəstələri ata mindirmişdilər. Kəndimizdəki yaşlı qadın olan Fitat nənə və onun oğlu Alzaman əmi hələ ata minə bilmirdilər, köməkləri yox idi. Bu zaman həmkəndlim, mənimlə həmyaşıd olan Namiq Dəlidağlı gəldi. Namiqlə köməkləşib Alzaman əmini ata mindirdik, onun anası Fitat nənəni isə belindəki böyük şal ilə möhkəm-möhkəm atın tərkinə sarıdıq və yola saldıq. Sonra mən Namiqə dedim ki, gedək mal-heyvanı örüşdən toplayaq gətirək, qabaqlarına ot ataq, ondan sonra gedərik. Belə də etdik. Atam Başlıbeldən qayıdib dəldi və həyəcanla dedi ki, niyə ləngimisiniz, Başlıbel camaatı çıxıb. Kənddə mal-qaranın səsindən, itlərin hürüşməsindən qulaq tutulurdu. Sanki heyvanlr sahiblərinin onları tərk edib getdiklərini duymuşdular. Babamın Qarabağ atı cinsindən bir atı var idi, biz kəndi tərk edən günlərdə at xəstələnmişdi, yeriyə bilmirdi. Bizim onu qoyub gəldiyimiz üçün at ağlayırdı. Mən atın boynunu qucaqladım, o üz-bu üzündən öpüb ayrıldıq. Aprelin 1-də günorta saat 3 radələrində evlərimizin qapısını bağlayıb yola düşdük. Kənddən xeyli aralanmışdıq, dönüb kəndə uzaqdan xeyli baxdım, elə bil ürəyimə dammışdı ki, doğma kəndimə sonuncu dəfə baxıram. Başlıbeldən keçəndə kənddə hələ də xeyli adam qaldığını gördük. Hümmət kişini və Çiçək xalanı görəndə atam soruşdu ki, niyə getməmisiniz? Cavab verdilər ki, kəndin maşınları gedib Zülfüqarlidan qayıdıblar. Deyirlər ki, Tuneli ermənilər tutub. Biz orada başa düşdük ki, vəziyyət olduqca gərgindir. Piyada Ağcaqız yaylağına tərəf irəlilədik. Ağcaqızdan aşağıdakı binədə çoxlu maşın var idi. Atam dedi ki, Başlıbelin maşınlarıdır, Tunel bağlı olduğuna görə buraya qədər gəliblər, burdan o yana gedə bilmədikləri üçün maşınları binədə saxlayıb piyada gediblər. Ağa Bulağı deyilən bulağın yanında Başlıbeldən olan üç qadına çatdıq- Tutu xala (1924-cü il təvəllüdlü Əliyeva Tutu Mənsim qızı.- Müəllif ), Mərmər xala və o biri Tutu xala (Salahova Tutu.- Müəllif). Piyada gedirdilər, yaxşı da yeriyə bilmirdilər, yaşlı qadınlar idi, qar mane olurdu. Bunlara bir qədər kömək etdik, Qaraçanlı kəndinə qədər gəldik. Qaraçanlıya çatanda artıq gecə düşmüşdqü. Yol gələ-gələ Tutu xalagillə söhbət zamanı onlara bildirmişdik ki, Tapdıq babam qabaqca gedib, çalışırıq ki, tez gedib onlara çataq. Qadınlar bizə dedi ki, biz yorulmuşuq, siz ləngiməyin gedin, biz də bir az dincəlib sonra gələcəyik. Biz Qaraçanlıda onlardan ayrıldıq, Kəlbəcər istiqamətində irəlilədik. Lakin sonralar Tutu xalagilin yenidən Başlıbelə qayıtdıqlarını, ikisinin ermənilərə əsir düşdüyünü, Əliyeva Tutunun isə öldürüldüyünü eşitdik. Tutu xalagildən ayrılandan sonra gecəni sabaha qədər yol gəldik. Səhər Qamışlı körpüsünə çatdıq. Atışma səsindən qulaq tutulurdu. Biz də gördüyümüz adamlardan Tapdıq babamı soruşurduq. Kimsə dedi ki, mən Tapdıq kişini Kəlbəcərdə gördüm. Biz atamla geriyə-Kəlbəcərə tərəf qayıtdıq, lakin Nəcməddin Sadıxovun rəhbərlik etdiyi hərbçilər bizi buraxmadılar. Elə bu vaxt anamgil Kəlbəcər tərəfdən gəlib çıxdı. Babamı soruşduq, ağlaya-ağlaya dedi ki, hərbçilər babanı maşına mindirdilər, dedilər ki, kişi qoca kişidir, yeriyə bilmir, biz onu aparacağıq. Biz hərbçilərə nə qədər xahiş etdiksə, bizi Kəlbəcərə tərəf buraxmadılar. Atışma davam edirdi. Orada eşitdik ki, ermənilər həmkəndlimiz Alzaman əminin qızı Naibəni vurublar. Kəlbəcərdən gələnlərdən bir neçəsi bizə dedi ki, Tapdıq kişini bayaqdan maşına mindirib yola salmışıq. (Sən demə, onlar bizim əsir düşməməyimiz üçün bizi aldadırmışlar). Ona görə də babamı axtarmaq fikrindən əl çəkib üz tutduq Murov aşırımına. Göygöl rayonuna qədər piyada gəldik. Oradan maşına minib Yevlaxa gəldik. Ailəmizi Yevlaxdakı qohumların evində yerləşdirib sabah açılan kimi Gəncəyə qayıtdıq. Bir neçə gün Göygölün, Daşkəsənin və Gəncənin bütün xəstəxanalarını axtardıq, babamdan bir xəbər verən olmadı. Yəqin etdik ki, babam ya ermənilərə əsir düşüb, ya da öldürülüb.
Aradan bir ay keçmişdi. May ayı idi. Atamın bacısıgildə idim (babamın qızıgildə), evdəki telefona zəng gəldi. Bərdədəki Qızıl Xaç Komitəsinin nümayəndəliyindən idi. Dedilər ki, Muradov Tapdıq Murtuza oğlundan xəbər bilmək istəyirsinizsə Bərdədəki nümayəndəliyimizə gəlin. Atamla Bərdəyə getdik. Nümayəndəlikdə bizə bir məktub verdilər. Babamın gözəl xətti var idi, baxan kimi tanıdıq, öz xətti idi. Babam məktubu Yevlaxda yaşayan kürəkəni Oqtaya yazmışdı:”Salam Oqtay. Mən uşaqlardan çox nigəranam. Bilirəm ki, Vidadi ilə Vaqif artıq qaldı, ya girovdurlar, ya da ermənilər öldürdü. Amma mənə yaz görüm, heç olmasa o biri uşaqlar sağ-salamat çıxa bilibmi?” Biz cavab məktubu yazdıq. Bir neçə gün sonra bizə ikinci məktubu yazdı. Bildirirdi ki, mən artıq girovam. Burada çoxlu girovlar var. Qonşu Başlıbel kəndindən də xeyli girov var. Sonra həmin girovların adlarını yazmışdı. Həmin adların içərisində bizdən Qaraçanlı kəndində ayrılan Tutu xalanın (Tutu Salahova- Müəllif ) da adı var idi. Babam ovçu insan idi, dostu-tanışı çox idi, həmişə evimiz qonaqlı-qaralı olardı. Nankor ermənilərdən də babamın dostu- tanışı var idi. Onlar da həmişə bizim Şahkərəm kəndinə gələrdilər, babamla ova gedərdilər. Bizim evdə öz evləri kimi yeyib-yatardılar. Babamı Xankəndinə aparandan sonra bizə gələn ermənilər eşidərlər ki, babamı buraya gətiriblər, gəlib ona baş çəkirmişlər, yemək gətirirmişlər. Babam orada qaldığı üç ay ərzində əsirlikdə olan digər yoldaşlarını ermənilərin fitnəsindən qurtarmışdı. Babam danışırdı ki, ermənilər gündə üç dəfə əsirlərə lobya supu verirdilər. Babam türkaçarə müalicəni yaxşı bildiyindən bilirmiş ki, gündə üç dəfə lobya yeməyin sonu ölümə və ya ağır xəstəliklərə gətirib çıxarır. Odur ki, oradakı erməni tanışlarından xahiş edir ki, ona çay qırağında bitən sarı çiçəklərdən yığıb gətirsinlər. Həmin çiçəklərdən dəmlənmiş çayı babam digər girovlara verib, tapşırıb ki, bu çiçəkdən tez-tez dəmləyib için. Beləliklə, babam girovları gözləyən ağır xəstəlikdən onların canını qurtarıb. Ermənilərin biri təəccüblə babama deyib ki, sizin camaat nə qədər vəhşi kimidirsə, neçə vaxtdır ki, lobya supu veririk ki, cəhənnəmə vasil olasınız, amma sizə heç nə olmur. Aprelin 3-də girov düşən babamı sentyabrın 3- də buraxdılar. Onu bir erməni əsiri ilə dəyişmişdilər. Əsirlikdən gələndən sonra babamı ziyarət edənlər çox oldu. Ən çox əsirlərin və itkin düşənlərin qohum qardaşı babamla görüşə gəlirdi. Babamın hafizəsi yaxşı idi. Ona verilən bütün sualları ətraflı cavablandırırdı. O, ermənilərin vəhşiliyindən, qaniçənliyindən yana-yana danışaraq neçə-neçə ailənin bütün üzvlərini onların gözləri qarşısında güllələndiyini bildirirdi. Ömrünün sonuna qədər ermənilərin vəhşiliyindən, şahidi olduğu hadisələrdən danışırdı. Təəssüf ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğalçılardan azad etdiyini görmədi. Çox şükür ki, biz 44 günlük Vətən Müharibəsinin qələbə ilə başa çatmasının şahidi olduq. Mən özüm Birinci Qarabağ Müharibəsində döyüşlərdə iştirak etdim, yaralandım. 44 günlük Vətən Müharibəsində cəbhəyə yollanmaq üçün müraciət etmişdim. Lakin məni aparmadılar, Yevlax şəhər rəhbərliyi Yevlaxa gələn şəhidlərin dəfnlərinin təşkil olunması işlərini mənə tapşırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nə qədər ağrı-acı yaşadıqsa da qələbəyə ümidimizi bir dəqiqə də itirmədik, bir yumruq kimi birləşdik. Bütün xalqımızla birlikdə, qalib ordumuzla, müzəffər Ali Baş Komandanımızla birlikdə dəmir yumruğa dönüb düşmənin başını əzdik. Vidadi Murtuzayev babası Tapdıq Muradovun başına gələnləri danışandan sonra doğulduğu Şahkərəm kəndində işğal dövründə üç aydan artıq mühasirə şəraitində qaçaqlıq eləyən həmkəndlliləri İsmayıl Əzimov, Yapon Mustafayev və Bağman Baxşəliyev, onların mühasirədə qaldıqları müddətdə başlarına gələn hadisələr haqqında bəzi məlumatlar verdi. Bu barədə son günlərdə maraqlananların sayının çoxalmasını nəzərə alaraq 1993- ilin işğal dövrünə yenidən nəzər salmağı və mühasirədə qalanların xatirələrini yenidən qələmə almağı nəzərdə tutmuşuq. Yaxın vaxtlarda oxucularımızı üç aydan çox mühasirə şəraitində qalan, yaşamaq üçün mücadilə aparan həmyerlilərimizin yaşadıqları çətinliklərlə tanış edəcəyik.
Xatirələri qələmə aldı: Oqtay SALAHLI
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 12-05-2021 15:27
Baxış sayı: 31 556
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23