Tanınmış şair, jurnalist, Manevr.az və Dalidag.az saytlarının baş redaktoru Namiq Dəlidağlı ürək əməliyyatı keçirib. Qeyd edək ki, bir neçə gün əvvəl hipertonik kriz dioqnozu ilə xəstəxanaya yerləşdirilən N.Dəlidağlı müalicədən sonra evə buraxılıb. Ancaq səhhətinin yenidən pisləşməsi ilə əlaqədar Bakıda klinikaların birində müayinədən keçib. Ürəyində ciddi problem olduğu aşkarlanıb. Bu gün isə Mərkəzi Klinikada onun ürəyinə stent qoyulub. Dalidag.az -ın əməkdaşı şairin yaxınları ilə əlaqə

Bir vaxtlar qürurla, fəxrlə öyündüyümüz, milyonların şəfa ocağı olan, dünyaca məşhur İstisu indi düşmənlərin yarasına məlhəm, dərdinə çarə olur. Dədə-baba torpaqlarımıza sahiblənmiş erməni vandalları İstisuda kef məclisləri qurur, eyni adlı sanatoriyada dincəlir və fəxrlə öz torpaqları kimi dünyaya təqdim edirlər. Sənin olanı qoruya bilməyəndə belə olur. Bizim kimi... Dalidag.az bildirir ki, Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri ötən ilin sonu – dekabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınıb. Dalidag.az bildirir ki, bu barədə modern.az-a icra başçısı özü məlumat verib. A.Məmmədov imzatoplama kampaniyasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Bəzən işlərin çoxluğundan vətəndaşlarla şəxsən görüşə bilmirdim. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş

Qara Bəhmənin zəhmi, fəhmi-fərasəti, nüfuzu, qətiyyəti, hörməti, səmimiyyəti və keçdiyi şərəfli yol Hörmət və ehtiram ünvanlı şəxsiyyətlər məkanı KƏLBƏCƏR Müdrik bir deyim var: “Adam var evdən gedər, adam var eldən”. Amma, hər dünyasını dəyişən eldən yox, evdən gedir. Eldən getməyin özündə bir əbədiyaşarlıq var. Zamanın sərt döngələrində büdrəməyənlər fani dünyanı dəyişəndə hamı heyfsilənir, itkinin dağdan ağır olduğunun fərqinə onda varır. Kəlbəcərimizin zəhmi, dəyanəti, qüruru ilə seçilən

Bu il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı namizədlərin qeydiyyata alınması mərhələsi davam edir. Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyini irəli sürüb. Dalidag.az-a daxil olan məlumata görə, artıq onun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. Məlumatı dəqiqləşdirmək üçün əməkdaşımız Əziz Qənbərovla əlaqə saxlayıb. Vəkil məlumatın doğru olduğunu bildirib. Qeyd edək ki, Əziz

Ömrü dumanlar-çənlər içində... Kəlbəcərin ağır günlərində ömrünü girov qoyan Zahid İsmayılovu daha çox söz adamı, qələm sahibi kimi tanıdıq Adı fəxrlə çəkilənlər şəxsiyyət kimi zaman-zaman yetişirlər. Onlar bu səviyyəyə çatmaq üçün həyatın çox sınaqlarından keçirlər. İnsan üçün ən böyük sınaq isə vətənpərvərlikdən başlanan yoldur. Bu, elə bir yoldur ki, onun məsafə ölçüsü yoxdur, sonu görünmür, uzandıqca uzanır, bir sözlə, əməlisalehlər üçün cənnət son dayanacaq olur. Bu səbəbdən deyirlər ki,

İşğal altındakı Kəlbəcər rayonunun Başlıbel kəndindən olan abituriyentlər bu il ali məktəblərə tələbə qəbulunda rekorda imza atıblar. Belə ki, Dövlət İmtaham Mərkəzinin (DİM) elan etdiyi nəticələrə əsasən, bu il Başlıbel kəndindən 17 abituriyent “tələbə” adını qazanıb. Başlıbeldən olan daha bir gənc isə ikinci ali təhsil almaq üçün bu il DİM-in keçirdiyi qəbul imtahanlarında yenidən iştirak edərək öz istəyinə nail olub. Bununla da bu il Başlıbel kəndindən ali məktəblərə qəbul olunan gənclərin

ONU KƏLBƏCƏRSİZLİK DƏRDİ QOCALTDI... “AZƏRNƏŞR” - ağlar gözlü kəlbəcərlilərinin pənah gətirdiyi, ümid, inam, dözüm, səbr aldıqları ünvan idi. Əlövsət Ağalarov - kəlbəcərlilərin güvənc yeri, qayğılar girdabında yaşayan dözüm mücəssəməsi və ... Haqqında yazmaq istədiyim vətənpərvərlərimiz az deyil. Bəzilərini yaxın-uzaq tanıyıb az-çox, bir şey uydurub yazmışam. Doğrusu, bəyənilənləri də olub, “bəyənilməyən”ləri də. Bəyənilməyib ona görə ki, o “qəhrəmanlarım” qələmə aldıqlarımdan yuxarıda deyil,

"Azərnəşr"in baş redaktoru, tanınmış publisist-jurnalist, keçmiş millət vəkili Əlövsət Ağalarov 2020- ci il fefralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı həmyerlilərinə müraciət edib. Dalidag.az həmin müraciətin mətnini olduğu kimi təqdim edir: "Əziz və hörmətli kəlbəcərli qardaş-bacılarım! Gələn il keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyimlə bağlı mənə ünvanlanmış çoxsaylı müraciətlərinizi yüksək qiymətləndirirəm. Düşünürəm ki, bir dönəm
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024