Reklam

"Yıxılanda palıd kimi dəy yerə!" - Kəlbəcərin Şamil Əsgərov ucalığı
08-05-2021 18:11

Çoxdandır Şamil müəllim haqqında yazı hazırlamağı düşünürdüm. Ancaq buna vaxt tapa bilmirdim. Nəhayət, bu gecə yuxuda gördüm Şamil müəllimi. Heç giley-güzar da eləmədi. Kəlbəcərdə görüşdüyümüz zamanlarda necə mülayim danışırdısa, eləcə mülayim şəkildə halımı soruşdu,”Niyə gəlmirsən heç muzeyə?”-soruşdu. Maraqlıdır ki, yuxuda da olsa, gözləyirdim ki, giley-güzar edəcək. Amma bu baş vermədi.
Çoxdan tanıyırdım Şamil müəllimi. Orta məktəbdə oxuduğum illərdə onun “Dəlidağın sədası” adlı kitabı evimizdə stolüstü kitabımız idi. Təkcə mən yox,bütün ailə üzvlərimiz Şamil müəllimin bu kitabını sevə-sevə oxuyardıq. Universiteti bitirib təyinatla Kəlbəcərə göndəriləndə qismət elə gətirdi ki, iş yerlərimizdə qonşu olduq. Rayon partiya komitəcinin binası ilə muzeyin binası qonşu idilər. Demək olar ki, hər gün Şamil müəllim rayon partiya komitəsinə gəlirdi. Muzeyin tikilmiş binasının üzlüyünə mozaik elementlər işlənirdi. Üzlük işlərində 5-6 nəfər usta, onlarla fəhlə səhər tezdən axşam toran çalana qədər işləsələr də işlər çox ləng gedirdi. Çünki üzlük daşları olduqca xırda ölçülərdə idi. Şamil müəllim Kəlbəcərin bütün bölğələrini qarış-qarış gəzərək müxtəlif rənglərdə olan daşları toplayaraq muzeyin həyətinə daşımış,burada onları çeşidləyərək qalaq-qalaq yığmışdı. İndi muzeyin divarlarına üzlüyü həmin daşlardan çəkirdilər. Daşlar o qədər xırda idi ki, bir usta gün ərzində iyirmi santimetrdən hündür üzlük hörə bilmirdi. Rayon partiya komitəsinin birinci katibi İnqilab Nadirov tikintidə işləri şəxsi nəzarətə götürmüşdü. O, hər gün tikintiyə baş çəkirdi. Şamil müəllim işlərin gedişi barədə ona məlumat verir,çatışmazlıqları bildirirdi. Demək olar ki, Şamil müəllim muzeydə görülən bu işlərin həm iş icraçısı, həm podratçısı, həm rəssamı, həm də fəhləsi idi. Nəhayət, dünyada bənzəri olmayan bir muzey binası uzunmüddətli zəhmət bahasına başa gəldi.


Yıxılanda palıd kimi dəy yerə,
Dizlərini bükə-bükə yıxılma,
Elə yıxıl, ah-vay desin dağ, dərə,
Ürəyini sökə-sökə yıxılma.
Oqtay SALAHLI
Dalidag.az








Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
