Əslən Kəlbəcərdən olan tanınmış jurnalist, Koordinat.az saytının baş redaktoru Elxan Salahova ağır itki üz verib. Dalidag.az xəbər verir ki, jurnalistin anası Tavat xanım dünyasını dəyişib. Sinəsi bala dağlı, yurd həsrətli, torpaq nisgilli bir ana köçdü dünyadan. Kəlbəcərə, Başlıbelə qovuşmadan...Kəlbəcər göynəyini, oğul dərdinə büküb, ağrılarını torpağa pay apardı. Allah rəhmət eləsin! Xatırladaq ki, Başlıbel seyid şəcərəsinin davamçısı Seyid Tavat Seyid Məhəmməd qızı həm də şəhid Elşad

Fiziki qüsur yazıb-yaratmaq, hər-hansı bir nailiyyət əldə etmək üçün maneə deyil. O, görmə əngəlli olsa da, şeirləri bəsirət gözünün necə nurlu olduğunu sübut edir. Şərəfli bir nəsil şəcərəsinin nümayəndəsi olan Seyid Əli təəssüf ki, çox az yaşadı. Atasının ölümünə dözə bilməyən gənc şair yeməkdən imtina edərək günbəgün ölümünü yaxınlaşdırdı. 1962-ci ilin martında dünyaya gəlmişdi. 1988-ci ilin iyununda 26 yaşında bu dünyaya göz yumdu... Bioloji övladı olmasa da, mənəvi övladları- şeirləri onu

Saz-söz sənətinin qüdrətli nümayəndəsi, el sənətkarı, ustad Dədə Şəmşirin ocağından bir köz də söndü. Dalidag.az xəbər verir ki, ustad aşığın qız övladı Yaxşı xanım vəfat edib. Daha bir kəlbəcərli Kəlbəcər həsrətiylə, ürəyi yurd qubarlı, torpaq nisgilli köç etdi bu dünyadan. Allah rəhmət eləsin! Qeyd edək ki, Dədə Şəmşirin 5 oğul, 5 qız övladı olub. Ustadın Əkbər adlı oğlu çox gənc yaşlarında dünyasını dəyişib. Ələsgər adlı oğlu da haqq dünyasına qovuşub. Çimnaz adlı qızı isə 1990-cı ildə

"Sabiq daxili işlər naziri , general İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır". Dalidag.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla yazıb: "İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, general İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır. Dünən City Hospitalın və qardaş Türkiyəmizdən olan həkimlərin birgə konsiliumu keçirildi. Hemodinamik göstəricilərinin (qan təzyiqi, nəbz), tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının)

Dəyərli və Əziz KƏLBƏCƏRLİLƏRİM! Hüquqi müstəvidə Sizlərin səslərinin qorunması uğrunda addımlarım davam edir. Bu gün 14.02.2020-ci il tarixdə mənim şikayətim əsasında 123 saylı Kəlbəcər Seçki Dairəsində iclas keçirildi. İclasın məqsədi mənim şikayətimə baxılması ilə bağlı qərar qəbul etmək idi. İclas zamanı vəsatət verdim ki, seçkidə iştirak edən seçicilərin müəyyən edilməsi məqsədi ilə seçici siyahılarını əks etdirən cədvəl iclasda araşdırılsın. Vəsatətim təmin edilmədi. Seçki Məcəlləsinin

Yerli saytlarda Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun öldüyü barədə xəbərlər yayılıb. Dalidag.az xəbər verir ki, həqiqəti əks etdirməyən bu cür yalan xəbərlər onsuzda ağır günlər keçirən İ.Həmidovun ailəsində narahatlıqlar yaradıb. Keçmiş nazirin bacısı oğlu Şəhriyar Məcidzadə xəbəri təkzib edərək bildirib ki, İ.Həmidovun vəziyyəti ağır olsa da sağdır. Ş.Məcidzadə hamıdan yalnız və yalnız ailənin verdiyi xəbərlərə istinad etmələrini xahiş edib: "Etika gözləyirik olmur. İnsanlıq

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub. 111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov açıqlamasında bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub. Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunacaq. Dalidag.az xəbər verir ki, fevralın 9-da keçirilən növbədənkənar deputat seçkilərində mandat qazananlardan biri də Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur. Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatına görə A.Məmmədov 71,7 faiz səs çoxluğu illə digər namizədləri önləyib. Yekun nəticə səbəbindən yaxın günlərdə A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı

Dalidag.az Kalbajar.com-a istinadən xəbər verir ki, bu gün şifahi xalq ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan, Aşıq Ələsəgərdən sonra Dədəlik mərtəbəsinə yüksəlmiş azman söz xiridarı Aşıq Şəmşirin bu dünyadan köç etməsinin ildönümüdür. Xatırladaq ki, Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el

Kəlbəcər torpağının dünyaya bəxş etdiyi qələm sahibləri, söz adamları arasında özünəməxsusluğu, fərqli ampulası ilə seçilən imzalardan biri də yazıçı-publisist, filоlоgiyа üzrə fəlsəfə dоktоru, АMEA-nın Nizаmi аdınа Ədəbiyyаt İnstitutunun XX əsr ədəbiyyаtı (Sоvet dövrü) şöbəsinin aparıcı еlmi işçisi, "Bütöv Azərbaycan" qəzetinin redaktoru İlham Məmmədlidir. Bu gün ömür nərdivanının bir pilləsini də geridə qoyan İlham Məmmədlinin doğum günüdür. 27 il Kəlbəcərsiz keçən ömrün azalmayan nisgilinə,
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024