Rusiya sülhməramlılarının iştirakı ilə Kəlbəcərə 185 ton humanitar yardım aparılıb. Dalidag.az xəbər verir ki, bu b arədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, sosial obyektlər və yaşayış binaları üçün enerji və su təchizatı sistemlərinin bərpası məqsədi ilə 25 hərbi yük maşını və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin konvoyu Kəlbəcər regionuna (istehsal stansiyaları, elektrik avadanlıqları) 185 tona yaxın

15 erməni dığaları Kəlbəcərdəki Xudavəng monastır kompleksini ziyarət edə bilib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Zəvvar” adlandırılan ermənilərin Rusiya sülhməramlılarının müşayiəti ilə kompleksin ərazisinə buraxıldığı qeyd olunub. Dalidag.az

Məşhur fotoqraf Reza Deqati Kəlbəcərdəki "İsti su" ilə bağlı paylaşım edib. Bu barədə fotoqraf “Instagram” hesabında yazıb: “Minlərlə xəstəliyin müalicəsi. Kəlbəcərin yerli adı “İsti su” olan müalicəvi su mənbələri qədim zamanlardan bəri milyonlarla insan üçün ən yaxşı istirahət yeri olub. Sovet dövründə bu bölgə müxtəlif isti su mənbələri ilə ən çox bəyənilən təbii sağlamlıq sanatoriyalarından biri idi. Erməni qüvvələrinin işğalı altında qalan 28 il ərzində bütün bu ərazilər viran qalıb.

Kəlbəcərli şair Yusif Hüseynin bacısı Səhlab xanım dünyasını dəyişib. Dalidag.az xəbər verir ki bu barədə şair özü məlumat verib: "İtliklərimizin hamısı ağrı-acılıdı, dostlar. Dünən, 13 fevral 2021- ci ildə bacım Şirinova Səhlab Hüseyn qızını Gəncədə 78 yaşında dəfn etdik. Otaqlı kəndindən rəhmətlik Nəcəf müəllimin həyat yoldaşı idi. Allah rəhmət eləsin. Ruhu şad olsun! Taleyin yazısından çıxmaq olmaz. Dəfnə gələnlərə, zəng edənlərə öz təşəkkürümü bildirirəm. Ölənlərinizə rəhmət, dostlar".

Məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hazırlıq görülür. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırda bu kateqoriyaya daxil olan insanlar arasında sorğu keçirilir. Məqsəd könüllü qayıtmaq istəyən şəxslərin siyahısını tərtib etməkdir. Maraqlıdır, bu proses necə gedir? Köçkünlər öz doğma yurd-yuvalarına qaytmağa hazırdırmı? Dalidag.az xəbər verir ki, Milli Məclisin Kəlbəcərdən seçilmiş deputatı Aqil Məmmədov yenisabah.az-a açıqlamasında təmsil etdiyi seçicilərin öz

Doğma Kəlbəcərimizdən məcburi köçkün olan həmyerlilərimiz iyirmi səkkiz ilə yaxındır ki, respublikamızın, demək olar ki, bütün rayonlarında məskunlaşmışlar. Onların ən sıx məskunlaşdıqları rayonlardan biri də Bərdə rayonudur. Qədim Bərdə tarixən kəlbəcərlilərin aran bölgələrimizlə əlaqə saxladıqları avtomobil yolunun üzərində yerləşdiyindən burada, demək olar ki, hər bir kəlbəcərli ailənin dostluq, qohumluq və tanışlıq əlaqəsində olduğu insanlar olmuşdur. Odur ki, 1993-cü ildə torpaqlarımız

Kəlbəcər RİH başçının və rayon prokurorunun iştirakı ilə rayon əhalisi arasında təhlülkəsizlik tədbirləri yekunlaşmayana qədər rayon ərazisinə qanunsuz daxil olmaların qarşısını almaq məqsədi ilə maarifləndirici tədbir keçirilib. Dalidag.az -ın məlumatına görə, görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyatı qurumların rəhbərləri, ağsaqqallar iştirak edib.Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Müzəffər ordunun

Bu gün Dədə Şəmşirin anım günüdür. Cismani yoxluğunun 41-ci ili tamam olur. Xatırladaq ki, Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında

İlhamına güvəndiyimiz İlham Məmmədlinin Kəlbəcərin ədəbi dünyasını daha geniş şəkildə tədqiqi nələri üzə çıxardıb, bilirsizmi? Ədəbi aləmin yenilikləri ilə tanış olmaq imkanını verən vasitələrdən biri də təbii ki, oxucu auditoriyasına yenicə çıxarılmış nəşrlərdir. Doğrudur, ictimai-iqtisadi formasiyaların yerdəyişməsi dövründə (oxu: keçid dövrü-M.N. ) bu sahənin də özünəməxsus promlemləri mövcud idi. Son illər adıçəkilən sahədə, konkret olaraq, kitab nəşrində nizam və mizan-tərəzinin

İllərdən bəridir ki, toy-düyündə, digər əlamətdar günlərimizdə bir-birimizə belə arzumuz olurdu: belə gözəl günlərimizi tezliklə Kəlbəcərdə qeyd edək. Necə deyərlər, Allah səsimizi eşitdi, bütün arzularımız hasil oldu. 27 ildən artıq yağı düşmən əsarətində olan Kəlbəcərimiz azad edildi. Mən də hər il atamın doğum günündə yuxarıdakı arzunu dilə gətirirdim, ona növbəti doğum gününü Kəlbəcərdə keçirməyimizi diləyirdim. Bu gün atam İsmayılın növbəti doğum günüdü-ömrünün 81-ci linə qədəm qoyur.
Yazı axını