Reklam

Kəlbəcərli Bəhram Nəcəfoğlu - Satirik ruhlu el şairi
22-03-2021 17:18

Bəhram NəcəfoğluKəlbəcərdəikən belə tanınırdı Kəlbəcərin ədəbi mühitinə bələd olanlar yaxşı bilirlər ki, bu diyarda dünyaya göz açanların əksəriyyəti qafiyə ilə danışır. Bunu dönə-dönə desələr də, düzü, bir o qədər inandırıcı görünmürdü. Lakin ötən türkoloq-şair Adil Cəmillə birlikdə toplayıb nəşr etdirdiyimiz "Kəlbəcər dünyası: yüz şairin bir kitabı"nı oxuyan hər kəs təsdiqləyər ki, doğrudan da, kəlbəcərlilərin üçdə ikisi şair təbiətli, dili poetik deyimlidir. Həmin kitabda yüz kəlbəcərli şairin şeirlərindən seçmələr verilmişdir. Elə sanmaq olardı ki, 60 min kəlbəcərli arasında yüz nəfər qələm sahibi də çoxdur. Lakin həmin kitab geniş oxucu auditoriyasına çıxdıqdan sonra bildik ki, topladıqlarımız hələ olanların mində biri imiş. Növbəti kitabda – "Kəlbəcərin sazlı-sözlü harayı"nda daha 200-ə yaxın kəlbəcərli müəllifin şer nümunələrinin toplanması bir daha yuxarıdakı fikirlərimizi təsdiqlədi. Bəli, "Kəlbəcər dünyası: yüz şairin bir kitabı"na şeirləri düşməyən el şairlərindən biri də Kəlbəcərin köklü-budaqlı nəsillərindən olan Bəhram Nəcəfoğlu idi (İkinci kitaba onun da şeirləri daxil edilmişdir). Təbii ki, həmin kitabda onun şeirlərinin hamısını vermək imkan xaricində idi, odur ki, Kəlbəcərsizliyə dözməyən el şairinin şeirlərini bir araya gətirməyin savab olduğu unudulmadı.

sınaqlara məruz qoyması özünü daha qabarıq göstərir.
Qardaşı Hüseynin acı taleyi Bəhram Nəcəfoğlunu dərindən sarsıdır və o, bunu nohə və ağılar vasitəsilə qələmə alır. «Qardaşım» adlı şeriində oxuyuruq:
Namə, salamımı yetir qardaşa,
Dərdini eyləyib car, ağlamasın.
İnsafsız ürəklər dönsə də daşa,
Gəlməyə ümidi var, ağlamasın.
Şeirin müxtəlif formalarına müraciət edən Bəhram Nəcəfoğlu ailələrinin böyük olmasını, onlardan dünyasını dəyişənləri sadə dillə verməklə, bir növ özü haqqında oxucunu məlumatlandırmağa çalışır:
Doqquz bacı-qardaş idik,
Biz hamımız sirdaş idik.
Su kecməzdi aramızdan,
Köçən olub sıramızdan.
Vaxt yetişdi, əcəl yetdi,
Dördü yüzü kecdi getdi...
Yüz ildən çox ömür sürən Bəhram Nəcəfoğlu Kəlbəcərin işğalı dərdinə dözə bilmədi. O, «Kəlbəcər faciəsi» adlı şerində həqiqəti belə yazırdı:
Başsızları elə başçı saydılar,
El-obanı quru yurdda qoydular,
Dərya udub, amma çətin doydular.
Əhvalımız yaman oldu, İlahi!
Yollarımız duman oldu, İlahi!...
Vecsiz başçıları özləri seçdi,
Həmin gündən bildik sonumuz heçdi.
Boynumuz təxribat ipinə keçdi,
Belə-belə düşdük işə, İlahi!
Gədə-güdə döydü döşə, İlahi!
Bilirik ki, Kəlbəcər yazarlarının yaradıcılığında qoşma, gəraylı, divani, təcnis, müxəmməs, bir sözlə, aşıq şeir formaları xüsusilə geniş yayılıb. Bəhram Nəcəfoğlunun da deyimlərində bu, özünü göstərir. «İstərəm» adlı müxəmməsindən bir parçaya diqqət yetirək:
...Bir qonağam bu dünyada,
Axır məkandı, bilirəm.
Yaradanın qərarı var,
Sayğacda sandı, bilirəm.
Pünhan olan sirrilərə
Aizəm, heyran qalıram,
Bəhramın axır mətləbi,-
Mərhəmət, nicat, istərəm.
Və yaxud satirik janrda yazdığı şeirlər təsdiqləyir ki, o, şifahi və yazılı ədəbi nümunələrə yaxından bələddir.
"Ziyanlıq nağılı" satirik müxəmməsi buna parlaq misaldır:
...Ziyanlıqlar gəlməz saya,
Bu dərdləri yaya-yaya.
Özüm saldım dilə-dişə,
Mən nə deyim bu gərdişə.
Eşidənlər mənə güldü,
Qəm-kədəri belə böldü.
Bəhram yazıb bu söhbəti,
Etdi belə nəsihəti:-
Alanda qonşudan alasan malı,
Biləsən dəymişi, həm də ki, kalı.
El şairinə Allahdan rəhmət diləyir və inanırıq ki, onun əldə qalan yazılarının oxuculara tezliklə çatdırlması bir mənəvi borca çevriləcək...
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
