Reklam
Nazir Kəlbəcər rayon təhsil işçilərini təltif etdi
03-10-2026 19:47
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər.Dalidag.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təltif edilib. Təltif edilənlər arasında Kəlbəcər məktəblərini təmsil edən təhsil işçiləri də var. Onlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar.
1.Baxışov Şikar Xansuvar oğlu – Kəlbəcər rayonu 109 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini;
2.Bəndəliyeva Nuridə Səxavət qızı – Kəlbəcər rayonu 28 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi;
3.Hacıyeva Kəmalə Möhübbət qızı – Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
4.Həsənova Gülsarə Tağı qızı – Kəlbəcər rayonu 56 nömrəli tam orta ümumtəhsil məktəbinin fizika müəllimi;
5.Nurməmmədov Elçin Surxay oğlu – Kəlbəcər rayonu 114 nömrəli ümumi orta ümumtəhsil məktəbinin direktoru.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 03-10-2026 19:47
Baxış sayı: 3637Yazı axını
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30





























