Reklam
Şəhid Eldəniz Verdiyevin məzarı ziyarət edilib - Fotolar
02-10-2026 11:25
Vətən Müharibəsi şəhidi Eldəniz Rabil oğlu Verdiyevin məzarı ziyarət edilib.Dalidag.az-ın xəbərinə görə, ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib. 44günlük Vətən müharibəsində və lokal antiterror əməliyatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi rəşadətdən, şəhidlərimizin misilsiz şücaətindən bəhs edilib. Şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Verdiyev Eldəniz Rabil oğlu 04 oktyabr 1999-cu ildə Göygöl şəhərində anadan olub. 2005-ci ildə 1 saylı Kəlbəcər rayon 107 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib. 2017-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Qəbələ rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Eldəniz hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2020-ci ilin sentyabr ayından etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirib.
Eldəniz Verdiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
02 oktyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. Uzun müddət nəşi tapılmamışdır. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin nəşi tapılıb və ailəsinə təhvil verilib. 05 iyun 2021-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Dalidag.az









Kateqoriya: Kəlbəcər
Tarix: 02-10-2026 11:25
Baxış sayı: 39Yazı axını
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
Ən çox oxunanlar



























