Reklam
85 yaşlı kəlbəcərli ağsaqqalın döyüş harayı- PREZİDENTƏ VİDEOMÜRACİƏT
30-09-2019 19:25

Əslən Kəlbəcərdən olan keçmiş döyüşçü Ramiz Abışovun atası, 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov dövlət başçısına çağırış edib.
Dalidag.az bildirir ki, doğma yurd-yuvasız yaşamağın mümkün olmadığını, erməni daşnaklarının torpaqlarımıza sahib çıxmalarına dözə bilmədiyini vurğulayan 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov ölkə başçısına və ordu generallarına döyüş əmri üçün müraciət edib. Kəlbəcərli ağsaqqal çağırışında bildirib ki, niyə əsgərimiz, ordumuz olduğu halda, biz erməninin əlində girinc qalmalı, 30 ilə yaxın məcburi köçkün kimi yaşamalıyıq. Yurd həsrətlisi sonra sözlərinə belə davam edib:
“Mən dövlətimizdən tələb edirəm, xahiş edirəm şərait yaratsın əsgərlərimiz döyüşə getsin. Mənim evimdə döyüşən 6-8 nəvəm var. Başda Ramiz olmaqla istəyirəm onlar döyüşə getsin. Dağlarda ermənilərin nəfəsini kəsən, Salatını(Şəhid jurnalist Salatın Əsgərova) öldürən rusları tutub komandanlığa təhvil verən Ramiz, mənim evimdədi və döyüşə hazırdı.
Ermənilər “İstisu” kimi sərvətimizi öz adlarına çıxıb dünyaya tanıdırlar, “Bal festivalı” keçirib vətəndaşlarına paylayır və görün biz nələr etmişik deyirlər. Mən xahiş edirəm, yalvarıram icazə verin əsgərlərimiz hücuma keçsin, torpaqlarımızı azad edək, gedib torpağımızda ölək”
Müraciətinə baxılmasa aclıq aksiyası keçirəcəyini bildirən A.Abışov, eyni zamanda Kəlbəcər, Laçın və Qubadlı ağsaqqallarına da çağırış edib. O ağsaqqalları birgə müraciətə səsləyib.
Dalidag.az sözügedən videomüraciəti təqdim edir:
Kateqoriya: Kəlbəcər / Video
Tarix: 30-09-2019 19:25
Baxış sayı: 3726Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















