Reklam
Kəlbəcərin danışan təbiəti - VİDEO
18-01-2021 20:21
Tarixdə qeydə alınan dünyanın yeddi, bəzi mənbələrdə səkkiz möcüzəsi Tanrının əli ilə yaradılmış təbiət möcüzələrindən xəbərsiz insanların qənaəti ola bilər. İnsan nələrə qadir olursa olsun, nələr yaradırsa yaratsın qadir və yaradan Tanrının nəfəs verdiyi heç bir yaradılışı üstlənə bilməz. Dalidag.az bildirir ki, min bir gözəlliyi, ecazkar təbiəti, tarixin minilliklərindən xəbər verən dağları-daşları, laylalı çayları, nəğməli bulaqları ilə insanı ovsunlayan Kəlbəcər adlı o müqəddəs yurd da heç bir möcüzənin üstlənə bilməyəcəyi təkrarsızlığa malikdir. Təqdim etdiyimiz videoda sanki təbiət dil açıb, bütün gözəlliklər danışır. Güllər, çiçəklər, əlvan rənglərin çalarında əlçatmazlıq ehtiva edən dağlar sevgi, yaşamaq həvəsi aşılayır insana. Ruhun zirvə uçuşuna təkan verən məkandı Kəlbəcər. Xoşbəxtlik nəsibimizdir, o yurd bizim yurdumuzdu. Və şükür ki, illər sonra bu mənzərələri realda görmək arzumuz çin oldu.
Sevinc Qərib
Dalidag.az
P.S. Videonu redaksiyamıza təqdim edən Əməkdar jurnalist Rəhman Orxana təşəkkür edirik.
Kateqoriya: Kəlbəcər / Video
Tarix: 18-01-2021 20:21
Baxış sayı: 31 191Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























