Reklam
Bir vaxt dərdimzə çarə olan "İstisu"yumuz, indi ermənilərin yarasına məlhəm olur...-VİDEO
13-01-2020 13:08
Bir vaxtlar qürurla, fəxrlə öyündüyümüz, milyonların şəfa ocağı olan, dünyaca məşhur İstisu indi düşmənlərin yarasına məlhəm, dərdinə çarə olur. Dədə-baba torpaqlarımıza sahiblənmiş erməni vandalları İstisuda kef məclisləri qurur, eyni adlı sanatoriyada dincəlir və fəxrlə öz torpaqları kimi dünyaya təqdim edirlər. Sənin olanı qoruya bilməyəndə belə olur. Bizim kimi...
Dalidag.az bildirir ki, Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclüzəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdır.
İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis,nikel, manezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su çaylara axıb gedir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. 1 saylı buruq quyusundan çıxan suyun kimyəvi tərkibi: M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61 dərəcə C-dir. Na75. Ca14 İstisu kurortunda mədə-bağırsaq xxəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına,sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər.
İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastritvə s. xəstəliklərin müalicəsində işlədilir.
İstisuit mineralı amfibol qrupuna aid olan mineraldır. Onun tərkibi belədir. 7,6 (Ca, Na) 0,5 (A1 Fe+3) (Si4O11) 2H2O Sütunvari kristallar və lifli (uzunluğu 2-3 sm) aqreqatlar əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5-5,5-dir. Kəlbəcər rayonu ərazisindəki Dəlidağ intruzivi ətrafındakı kontakt-metasomatik mineral assosiasiyasında vollastonitlə sıx paragenezdə rast gəlir. Burada istisu qarnitoit intrusivinin əhəngdaşı ilə kontaktında əmələ gəlmişdir. İstisu mineralı Kəlbəcər rayonundakı İstisu kurortunun adındandır.
1993-cü ildən Ermənistan ordusunun işğalı altındadır.
Sevinc Qərib
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər / Video
Tarix: 13-01-2020 13:08
Baxış sayı: 42 842
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23