Xankəndidə getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyət, su böhranı şəhərdə yaşayan ermənilərin müxtəlif şəhərlərə, eləcə də Bakıya zəng etməsinə səbəb olur. Dalidag.az globalinfo.az-a istinadən xəbər verir ki, erməni sakinlər telefon əlaqəsi zamanı separatçı rejimin Qarabağda qoyduğu məhdudiyyətlərdən, çətin sosial vəziyyətdən, su qıtlığından danışaraq kömək istəyiblər. Separatçı rejimin oyuncaq “təhlükəsiz xidməti” isə bunu təhrif edərək, guya Azərbaycan kəşfiyyatının Xankəndidəki ermənilərə

İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Gədəbəy rayonunun Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb. Dalidag.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Qəbələ rayonu, Zarağan-2 qəsəbəsində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə

3 gündür Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin vəfatı ilə bağlı xəbərləri oxuyuruq. Jurnalist kimi tanısam da, çoxlu ortaq dostlarımız olsa da mənim feysbuk dostluğumda olmayıb Zülfüqar bəy. Haqqında yazılanları oxudum və təsirləndim. Xatirəsinə bu şeiri həsr edirəm. Ruhu şad, yeri işıqlı olsun. SİMFONİK ŞEİR (ixtisarla) Getmə, dedim, gözlə, yağışlar yağsın… Yusun Göyçə gölünü, Kəlbəcər İstisuyunu, Soyuqbulağı… Bax, çoxalıb yağışlar, leysanlar, sellər… Lənətlənmiş insanlar

Şərti sərhəddə (Naxçıvan istiqamətində) yerləşən Yerasx (Arazdəyən) metallurgiya zavodunda Ermənistan və ABŞ bayraqları qaldırılıb. Azərbaycanın mövqeləri zavoddan bir neçə yüz metr aralıdadır. Ermənistan hərbçiləri son günlərdə mütəmadi olaraq zavodun ərazisindən Azərbaycanın mövqelərini hədəfə alır. Ermənilərin bu addımı ABŞ-ı Azərbaycana qarşı törətdikləri təxribata şərik etmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, Arazdəyən Azərbaycana qaytarılmalı olan anklav kəndi Kərkiyə gedən yolun

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova, Səbinə Hüseynova və digərləri əmlaklarının geri qaytarılması ilə bağlı qərardan kassasiya şikayəti verilib. Dalidag.az -ın məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası iyulun 20-nə təyin edilib. Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX)

Daha bir neçə ailə Laçın şəhərinə yola salınıb. Dalidag .az xəbər verir ki, bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür. Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Xatırladaq ki, daha əvvəl Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülüb.

Moderator.az saytının baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadə qəfil vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə jurnalistin yaxınları bildirib. Qeyd edək ki, Z.Hüseynzadə Kəlbəcərin Başlıbel kəndində anadan olub. Jurnalist 2009-cu ildən təsisçisi olduğu Moderator.az saytının baş redaktoru idi. Mərhum Bərdənin Əliyanlı kəndində dəfn olunacaq. Allah rəhmət eləsin! Dalidag.az

Bu gün Milli Qəhrəman Mübariz İbrahimov un şəhid olmasından 13 il ötür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhidimiz M.Piriyev adına Əliabad kənd orta məktəbinin birinci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024