Moderator.az saytının baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadə qəfil vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə jurnalistin yaxınları bildirib. Qeyd edək ki, Z.Hüseynzadə Kəlbəcərin Başlıbel kəndində anadan olub. Jurnalist 2009-cu ildən təsisçisi olduğu Moderator.az saytının baş redaktoru idi. Mərhum Bərdənin Əliyanlı kəndində dəfn olunacaq. Allah rəhmət eləsin! Dalidag.az

Bu gün Milli Qəhrəman Mübariz İbrahimov un şəhid olmasından 13 il ötür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhidimiz M.Piriyev adına Əliabad kənd orta məktəbinin birinci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur

Ermənistan Arazdəyəndə inşa edilən metallurgiya zavoduna ABŞ bayrağı asmaq istəyir: hesab edirlər ki, zavodda ABŞ bayrağı asılarsa, “Azərbaycan atəş açmaqdan çəkinəcək”. Dalidag.az xəbər verir ki, bu barədə siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib. O bildirib ki, İrəvan bununla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi ilə müzakirələr aparıb, razılıq əldə olunub: “Ermənistan ABŞ-dan olan investisiya ilə metallurgiya zavodunu Arazdəyəndə inşa etməklə Kərki kəndinin hərbi yolla azad edilməsi
Yazı axını