Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Kəlbəcər rayon 13 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati

Böyük Qayıdışla doğma yurda dönən keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti məskunlaşdıqları mənzillər, ilk növbədə, yaşayış şəraiti yaxşılaşdırılmalı olan şəhid ailələrinə verilir. Bu günlərdə Laçın şəhərinə köçmüş ailənin dövlətə təhvil verdiyi mənzildə Xocavənddən olan şəhid ailəsi müvəqqəti yerləşdirilib. Yasəmən Vəliyevanın da arzusu tezliklə öz el-obasına qayıtmaqdır… Dalidag.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir . Dalidag.az xəbər verir ki, iyunun 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə - 53 nəfərin köçürülməsi reallaşıb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Yenidən qurulan, abadlaşan Laçın bu dəfə əcnəbi diplomatları qonaq edir. Belə ki, Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan, ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşenin Laçına səfəri başlayıb. Dalidag.az xəbər verir ki, qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar. O cümlədən Laçın şəhərinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçiriləcək. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro

Fərid Muradzadə Ağacın adamı var, Yeməyə badamı var, Qardaş, gəl qapımdan gir, Desinlər: adamı var... İnsanı saçlarının dibinə qədər üşüdən yanğılı səslə çağırdığı bayatıdan sonra dərin bir köks ötürüb qırış tutmuş üzünə yayılan göz yaşlarını silib inamla dedi: "Kərəm gələcək!" Ana babamgilə gedirdim. Yolum kəndimizin sinəsi sözlə dolu, zəngin folklor nümunələri bilən, lakin bildikləri o zamanlar uşaq olduğum üçün məni də o qədər cəlb etməyən Yaxşı nənənin evinin qarşısından keçirdi. Yaxşı

Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə tədbir keçrilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatınn sədri Həbib Misirov, Rayon İcra Hakimiyyətinin kollektivi və inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında xalqımızın Ümummilli Lideri Heydər

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun(İDD) birgə təşkil etdiyi "Əcnəbi Diplomatlar üçün Qabaqcıl Xarici Siyasət Proqramı" çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 23 xarici diplomata ADA Universitetində mühazirə deyib. Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya

Yenidən qurulan və abadlaşan Laçın şəhərinə - doğma yurduna qayıdan məcburi köçkünlər burada yaradılmış yaşayış şəraitindən razıdırlar. Müasir üslubda bərpa olunmuş evlərdə və həyətlərdə hər şey onların rahatlığına xidmət edir. Laçınlılar bütün bunlara görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdardırlar. Laçına qayıdanlar arasında illərlə

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkar edilib. Dalidag.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024