Hindistanın Kəlküttə şəhərində keçirilən “Crown Wood Beynəlxalq Film Festivalın”da Şamil Əliyevin “Çölçü” filmi “Best Narratıve Feature” (Ən yaxşı bədii film) və “Best dırector” (Ən yaxşı rejissor) mükafatlarının qalibi elan edilib. Dalidag.az xəbər verir ki, Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 60 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən

Bu gün Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Dalidag.az xəbər verir ki, Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 50-dən çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub. Onlara bir daha

İyunun 20-dən 26-dək Misir Ərəb Respublikasının Mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə dördüncü Şarm əl-Şeyx Film Festivalı keçiriləcək. Festivalda Azərbaycan filmləri də nümayiş olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Nümayiş olunacaq filmlər isə rejissor Elçin Musaoğlunun

Bu gün XX əsr Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən birinin – Əliağa Vahidin anadan olmasından 125 il keçir. Dalidag.az xəbər verir ki, Əliağa Vahid 1895-ci ildə Bakının Masazır kəndində Məmmədqulu İsgəndərovun ailəsində dünyaya gəlib. Atası dülgər, anası evdar xanım idi. Balaca Əliağa o dövrdə Bakıda və Azərbaycanın əksər bölgələrində “dəbdə” olan mollaxanada üç ilə yaxın təhsil alır. Ancaq ehtiyac ucbatından bu təhsilini yarımçıq qoyub, Bakıdakı tütün fabrikində çilingər kimi

Əslən Kəlbəcərdən olan tanınmış jurnalist, Koordinat.az saytının baş redaktoru Elxan Salahova ağır itki üz verib. Dalidag.az xəbər verir ki, jurnalistin anası Tavat xanım dünyasını dəyişib. Sinəsi bala dağlı, yurd həsrətli, torpaq nisgilli bir ana köçdü dünyadan. Kəlbəcərə, Başlıbelə qovuşmadan...Kəlbəcər göynəyini, oğul dərdinə büküb, ağrılarını torpağa pay apardı. Allah rəhmət eləsin! Xatırladaq ki, Başlıbel seyid şəcərəsinin davamçısı Seyid Tavat Seyid Məhəmməd qızı həm də şəhid Elşad

Münxen Təhlükəsizlik Konfransı davam edir. Konfransda ABŞ-ın Dövlət Katibi Maykl Pompeo, Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Castin Tryudo, Avstriya Kansleri, İran və Rusiya Xarici İşlər nazirləri, NATO-nun Baş katibi, habelə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, bir sıra dövlət rəsmiləri, ekspertlər iştirak edirlər. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında

Dalidag.az Nazim Hikmət haqqında marqlı faktları təqdim edir: Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də Türkiyədə zadəgan ailəsində anadan olub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur. *** Nazim Hikmətin anası Cəlilə xanım rəsmlə məşğul idi. Onun

Fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Şairin bədii-musiqili yaradıcılıq gecəsində ömür yoluna nəzər salınacaq, əsərlərindən poetik nümunələr səsləndiriləcək. Qeyd edək ki, Məmməd İlqar 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat camesinin
Yazı axını