Səhər yuxudan oyanan sakinlər qeyri-adi davranışlar nümayiş etdirir, hallüsinasiyalar görürdülər. Bəzi insanlar polisə müraciət edərək, kənddə əjdaha gördüklərini iddia edirdilər. Sakinlərdən biri “mən təyyarəyəm” deyərək, özünü pəncərədən yerə atmışdı. Bir gənc xəstəxanaya gedərək yalvarırdı ki, ürəyim yerindən çıxıb, xahiş edirəm, onu yerinə taxın. Qabriel adlı bir şəxs isə özünün öldüyünə inanırdı. Dalidag.az xəbər verir ki, hadisə 1951-ci il avqustun 16-da Fransanın Pon Sent Espri kəndində

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə

Bu gün qəhrəman kəşfiyyatçı, əfsanəvi döyüşçü Ülfət Kərimovun doğum günüdür. Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub.1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarına atılan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təəssüf ki, 27 mart 1993-cü il yağılara qan udduran qəhrəmanın son döyüş tarixi oldu.

Rio-de-Janeyroda yerləşən xəstəxanaların birində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn Isabela Pereira de Jesus adlı körpənin mimikası böyük marağa səbəb olub. Dailymail xəbər verir ki, doğuşdan sonra ağlaması üçün ona vuran həkimə uşağın qaşqabaq sallaması təəccüb doğurub. Adətən doğuş prosesini icra edəndən sonra həkimlər uşaqların belinə vuraraq onları ağladır. Bununla da uşaqların ağciyərlərinin işləyib-işləmədiyini öyrənirlər. Lakin digər uşaqlardan fərqli olaraq Isabela ağlamaq əvəzinə

Bu gün müasir tibb ilə inkişaf edən transplantasiya sayəsində bir çox insanın həyatı xilas olur. Ancaq bu prosesin inkişafı çox çətin idi. Bir çox xəstə transplantasiya və ya orqan köçürülməsi ilə yenidən həyata tutunur. Bu gün milyonlarla insanın həyatını xilas edən bu prosesin öncüllərindən biri də rus alimi Vladimir Demixov idi. Ancaq Vladimir Demixov bu sahədə insanlardan deyil, heyvanlardan istifadə edirdi. Onun ən məşhur əsəri "cüt başlı it" idi. 1916-1998-ci illərdə yaşayan, elm

Qədim Çin əfsanəsinə görə, bu ölkədə tikilmiş yüzdən çox piramida planetimizin başqa dünya sakinlərinin ziyarətinə şahidlik edir. XX əsrin əvvəllərində avstraliyalı iki tacir Çinin mərkəzi hissəsindəki Siçuanın geniş ovalığında olur. Burada yüzdən çox piramida aşkar edirlər. Avstraliyalılar məlumat almaq üçün yerli məbədə müraciət edir və dərhal da “çox qədimdirlər” cavabı alırlar. Bu tikililərdəki qeydlər ən azı 5000 il qabaq yazılmışdı, ona görə də onların yaşını sadəcə təsəvvür etmək olardı.

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi başlayıb. Dalidag.az xəbər verir ki, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç,

Həsənağa Turabov. Yəqin ki, bu ad və soyad bəs edir ki, tamaşaçı onun kinoda və teatrda oynadığı yüzlərlə obrazı xatırlasın. Amma bu yazıda sənətkarın obrazlarından daha çox, faciəli həyatı barədə danışacağıq. Dalidag.az Həsənağa Turabov haqqında yazını təqdim edir: Qəhrəmanımız 1938-ci il aprelin 24-də Bakıda dünyaya göz açıb. Əslən Cənubi Azərbaycandan idi. Bakının "Zərgərpalan" adlanan məhəlləsində böyüyən gələcəyin sənətkarı 1955-ci ildə daxil olduğu Mirzağa Əliyev adına Azərbaycan Dövlət

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə daha tez-tez səfər edir. Dalidag.az erməni KİV-nə istinadən xəbər verir ki, o yenə də Dağlıq Qarabağa gəlib. Xankəndi şəhərində onun və separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın iştirakı ilə Ermənistan və separatçı rejimin “Təhlükəsizlik Şuraları”nın iclası keçirilir və qapalı iclasın gündəliyi barədə əlavə məlumat verilmir. Dalidag.az

"Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır. Dalidag.az "Şəhid ziyalı”,akademik, Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadov haqqında yazını təqdim edir. Atası Musa Mövsüm oğlu Bünyadov Bibiheybət şeyxlərinin nəslindəndir. Sovet işğalından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində hərbi tərcüməçi imiş. Anası Raisa Mixaylovna Qusakova isə
Yazı axını