Reklam
Elm dünyasını şoka salan qorxunc təcrübə - Vladimirin ikibaşlı itləri (VİDEO, ŞƏKİLLƏR)
23-02-2020 13:34

Bu gün müasir tibb ilə inkişaf edən transplantasiya sayəsində bir çox insanın həyatı xilas olur. Ancaq bu prosesin inkişafı çox çətin idi.
Bir çox xəstə transplantasiya və ya orqan köçürülməsi ilə yenidən həyata tutunur. Bu gün milyonlarla insanın həyatını xilas edən bu prosesin öncüllərindən biri də rus alimi Vladimir Demixov idi.
Ancaq Vladimir Demixov bu sahədə insanlardan deyil, heyvanlardan istifadə edirdi. Onun ən məşhur əsəri "cüt başlı it" idi.

1916-1998-ci illərdə yaşayan, elm sahəsində araşdırmalar aparan və bəzilərinə görə isə qorxunc təcrübələr edən Vladimir Demixovun həyatına və işinə nəzər salaq.
Qeyd: Məzmundakı bəzi şəkillər qorxunc ola bilər. Ürəyi zəif olanların həmin fotolara baxması məsləhət deyil.
Tarixin ən müvəffəqiyyətli cərrahlarından biri olan Demixov, orqan köçürülməsinin dahilərindən sayılırdı.
Ancaq sovet alimi ümumiyyətlə bu sahədəki işləri heyvanlar, xüsusilə də itlər üzərində aparırdı. 1916-1998-ci illər arasında yaşayan Vladimir Demixov 1930-1950-ci illərdə müxtəlif orqan nəqli tədqiqatları aparıb.

Təcrübələrinə köpəklər arasında transplantasiya etməklə başlayan Vladimir Demixov, 1954-cü ildə işini başqa bir müstəviyə keçirmək qərarına gəlmişdi.
Vladimir Demixov və komandası itlər arasında 1954-cü ildən etibarən tam 23 dəfə bir baş köçürməsini etməyə çalışmışdılar.
Komanda 1959-cu ildə 24-cü sınaqda uğur qazanmışdı. Əməliyyat 13 yanvar 1959-cu ildə Demixov tərəfindən Şərqi Almaniyada həyata keçirilmişdi.
Komandanın zəngin təcrübəsi sayəsində əməliyyat cəmi üç yarım saat davam etmişdi.

Vladimir Demixov və komandası, balaca bir itin başını ön ayaqları ilə birlikdə yekə bir itə transplantasiya edərək, ikibaşı it əldə etmişdilər.
Transplantasiya edilmiş it bir bala olduğundan, digər itin ürəyi hər iki başa kifayət qədər qan ötürə bilmişdi. Hər iki baş canlandırıldıqdan sonra eşitmək, görmək və qoxulamaq qabiliyyətinə malik idi.
Ancaq təcrübə nəticəsində hər iki it bir aydan az yaşamışdı. O dövrün şərtlərinə görə bu, bir ilk və inanılmaz nəticə idi.
Köpəklər daha sonra “Frankensteinin İtləri” kimi tibb tarixinə düşdü.musavat.com
Dalidag.az




Kateqoriya: Manşet / Sosium
Tarix: 23-02-2020 13:34
Baxış sayı: 3885Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























