Reklam
Kəlbəcərli jurnalistə ağır itki- ŞƏKİL
18-02-2020 11:28
Əslən Kəlbəcərdən olan tanınmış jurnalist, Koordinat.az saytının baş redaktoru Elxan Salahova ağır itki üz verib.Dalidag.az xəbər verir ki, jurnalistin anası Tavat xanım dünyasını dəyişib. Sinəsi bala dağlı, yurd həsrətli, torpaq nisgilli bir ana köçdü dünyadan. Kəlbəcərə, Başlıbelə qovuşmadan...Kəlbəcər göynəyini, oğul dərdinə büküb, ağrılarını torpağa pay apardı.
Allah rəhmət eləsin!
Xatırladaq ki, Başlıbel seyid şəcərəsinin davamçısı Seyid Tavat Seyid Məhəmməd qızı həm də şəhid Elşad Salahovun anasıdır. Qəhrəman şəhidimiz Kəlbəcər qış əməliyyatı zamanı Murovdağda həlak olub. Ruhu şad olsun!
Yaxınlarının verdiyi məlumata görə, mərhumənin 3 mərasimi 19 fevralda Bərdə rayonunun İmamqulubəyli kəndində keçiriləcək.
Qeyd edək ki, Elxan Salahov 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı 36 sakinin amansızcasına qətlə yetirildiyi, 19 nəfərin girov götürüldüyü, 1 nəfərin (İkinci Dünya müharibəsi əlili, 75 yaşlı Kazımov Ələsgər Ələsgər oğlu) itkin düşdüyü Başlıbel faciəsini əks etdirən, yurd-yuvasını tərk etməyən, 3 aydan artıq kahalara sığınmış 76 nəfər Başlıbel sakininin mühasirə həyatından bəhs edən "Qanlı kaha" kitabının müəllifidir.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 18-02-2020 11:28
Baxış sayı: 41 371Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























