Reklam
Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
18-02-2020 21:07
Bu gün Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən tikilidə 7 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı müəyyən edilib. Onlardan 3-ü Laçın, 4-ü Xocalı rayonundan məcburi köçkündür.
Bakı şəhərində Dövlət Komitəsinin balansında olan xüsusi təyinatlı yaşayış sahələrində hazırda boş mənzil olmadığı üçün həmin ailələrə regionlarda mənzil təklif edilib. Eyni zamanda, yanğın baş vermiş tikilidə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.
Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində baş vermiş yanğın zamanı Ağdam rayonunun Abdal kəndindən məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib. Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, yaşayış sahəsinə baxış keçiriblər. Burada qısa müddətdə təmir-bərpa işlərinin aparılması qərara alınıb.
Hər iki yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 18-02-2020 21:07
Baxış sayı: 2522Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















