Reklam

Leyla Əhmədzadə yazır: Koronavirus və ya müharibə
07-07-2020 18:53

Covid-19 virusu ilə mübarizə aparan dövlətlərin siyahısına Azərbaycan da daxildir. Bu günə qədər ölkəmizdə 500.000-dən artıq test keçirilmişdir. Ölkədə virusu aşkar etmək üçün bütün imkanlar mövcuddur. Virusun aşkar edilməsi üçün yeni laboratoriyaların qurulması çox önəmlidir. Laboratoriyaların düzgün cavabı əsasında virusa yoluxanlara müalicə təyin olunur. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması üçün bir çox laboratoriyalar qurulub istifadəyə verilib. Onlardan biri də Sumqayıt şəhər 1 saylı xəstəxananın nəzdindədir. Düzgün işin qurulması, testlərin aparılma formasına nəzarət, testlər həyata keçirilərkən təhlükəsizlik qaydalarının əməl olunması və digər məsuliyyətli vəzifələri laboratoriya müdiri Aqşin Hümbətov icra edir. Testlərin qoyulmasında Sona Məmmədova iştirak edir. 20 illik iş təcrübəsi, işinə peşəkar yanaşması daim onu diqqət mərkəzində saxlamışdır və bu mühim vəzifəni icra etməsinə səbəb olmuşdur. İşin məsuliyyətli və çoxluğu ailəsinə az vaxt ayırmasına səbəb olur. Günə yüzlərlə test nümunəsinin həyata keçirilməsi çox çətin prosesdir. Gərgin iş prosesinə baxmayaraq Sona xanım təbəssümünü əsla üzündən əksik etmir. Bu isə onun işinə olan sevgisindən irəli gəlir. Sona xanım əməkdaşları Baxşıyeva Nuranə və Əhmədova İradə xanımla çiyin-çiyinə çalışır . Bundan əlavə, Lamiyə və Mehriban adlı xanımlar laborant vəzifəsində çalışırlar. Bu prosesdə onların da mühim rolu vardır.
Bu günlərdə göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa görə sözün əsl mənasında səhnə arxasında əziyyət çəkən tibb işçilərinə təşəkkürümüzü bildiririk. İsti hava şəraitində xüsusi qoruyucu vasitələrdən - kombinezon, tibbi maska, tibbi eynək və əlcəkdən istifadə edirlər. Bu vəziyyətdə çalışmaq çox çətindir və xalq üçün fədakarlığın bir nümunəsidir. Vətəndaşlarımızı bir daha anlayış və məsuliyyət nümayiş etdirməyə dəvət edirik.
Leyla Əhmədzadə
Dalidag.az



Yazı axını
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
