Reklam
250 yaşlı ağac anbar - VİDEO
08-01-2020 19:35
Zaqatala rayonunda 250 yaşı olan ağac anbar hələ də işlək vəziyyətdədir.Dalidag.az xəbər verir ki, rayonun ucqar kəndlərindən biri olan Yengiyanda yerləşən ağac anbar vaxtı ilə insanların ən böyük yardımçısı olub.
Bu anbarda ata-babalarımız qış üçün yığdıqları tədarükü - arpa, buğda, fındıq, qoz, çəltik saxlayıblar. Anbar içindəki məhsulu sağlam saxlamaqla yanaşı, zərərverici həşəratlardan və gəmiricilərdən qoruyub.
Yengiyan kənd sakini Şaiq Əlixanov iddia edir ki, Məmmədovlar ailəsinə məxsus anbarın 250-ə yaxın yaşı var.
Ş.Əlixanov bildirir ki, “Qədimdə iri gövdəli böyük ağaclar olub. İnsanlar o ağacları kəsib, içini oyub, öz azuqələrini ora yığıblar. Anbarın aşağı hissəsində dəlik açıb, oradan lazım olan miqdarda taxıl götürəndən sonra dəliyi bağlayıblar”.
Açıq havada qalmasına və illər keçməsinə rəğmən, ağac hələ də öz orijinallığını itirməyib.oxu.az
Dalidag.az
Kateqoriya: Video / Sosium
Tarix: 08-01-2020 19:35
Baxış sayı: 4902Yazı axını
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























