Reklam
İrəvan xanlığının varisi elə faktları açıqladı ki...- Video
05-06-2020 14:36
İrəvan xanlığının varisi Əmir Əli Sərdar İrəvani İrəvan xanı Hüseynqulu xanın atasının kimliyi barədə maraqlı faktlar açıqlayıb.Dalidag.az-ın məlumatına görə, o, Hüseynqulu xanın atasının adının bir sıra mənbələrdə göstərildiyi kimi Məhəmməd xan olmadığını bildirib.
Əmir Əli Sərdar qeyd edib ki, bəzi kitablarda Hüseynqulu xanın atası Məhəmməd xan kimi təqdim olunur, amma yanlışdır: "İrəvan xanı Hüseynqulu xanın Məhəmməd xan İrəvani ilə heç bir əlaqəsi yoxdur. 1818-ci ildəki vəqfnamə sənədində Hüseynqulu xanın atasının adı Qəzvinli Bəhramqulu bəy Qacar kimi göstərilir".
Əmir Əli Sərdar İrəvani həmçinin unikal fotoşəkil da paylaşıb. Foto barədə məlumat verən Sərdar İrəvani qeyd edib: "Solda İrəvanın Hüseynəli xanın oğlu 1785-ci il təvəllüdlü Məhəmməd xan Sərdar İrəvani, sağda İrəvanın son xanı, 1807-1827-ci illərdə yaşamış Sərdar İrəvani kimi tanınan Bəhramqulu Qəzvinli oğlu Hüseynqulu xan Qəzvinli dayanıb. Soldakı Məhəmməd xan Tehranda mühacirətdə olub, Hüseynqulu xan isə İrəvanın rəsmi xanıdır. Ancaq gördüyü kimi, Məhəmməd xan hələ də elita arasında dayanırdı.
Bu iki xan birbaşa əlaqəli deyildilər, lakin yeznə idilər. Hər ikisi Fətəli şahın qızlarına evlənib. Əvvəlcə rəqib olsalar da, hər ikisi sonradan ruslara qarşı vuruşublar.
Hüseynqulu xan Məhəmməd xandan böyük idi və 1827-ci ildə məğlubiyyətdən bir neçə il sonra ölüb. Məhəmməd xan isə Fəthəli şahın ölümündən sonra böyük uğur qazanıb. Məhəmməd şah Qacarlar dövründə Harat uğrunda müharibədə həyatını itirib".teleqraf.com
Dalidag.az
Kateqoriya: Video / Sosium
Tarix: 05-06-2020 14:36
Baxış sayı: 4616Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















