Reklam
Azərbaycanda karantin rejiminin nə qədər uzadılacağı ilə bağlı açıqlama -VİDEO
17-04-2020 14:11
"Hazırda həm Azərbaycanda, həm də dünyadakı mövcud vəziyyəti, o cümlədən pandemiyanın yayılma sürətini nəzərə alsaq, karantin rejiminin uzadılması labüddür".
Dalidag.az xəbər verir ki, bunu REAL-a TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyir.
O, müddətin nə qədər uzadılacağına gəlincə, bunun xəstəliyin gedişatdan asılı olduğunu, vəziyyətin dəyərləndirilməsindən sonra məlum olacağını deyir. TƏBİB-in rəsmisi rejimin qısa müddət uzadılacağını güman edir.
Karantin qaydalarının yumşaldılmasına gəlincə, bunun üçün yalnız Azərbaycanda yox, eyni zamanda dünyada xəstəliyə səbəb olan virusun yoluxma qabiliyyəti zəifləməlidir.
Eyni zamanda xəstəliyə yoluxmuş insanların kliniki vəziyyəti kritik olmamalıdır. Vasif Əliyev yalnız bundan sonra karantin vəziyyətində müəyyən yumşalmaların ola biləcəyini deyir.
O ki qaldı ölkəmizdə xəstəliyin pik həddinə çatacağı vaxta, TƏBİB-in rəsmis bunu müəyyən etməyin mümkün olmadığını deyir. Çünki Azərbaycanda ciddi karantin rejimi mövcuddur və xəstəlik nəzarət altındadır:
Qeyd edək ki, indiyə qədər ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfəri vəfat edib, 808 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Dalidag.az
Kateqoriya: Video / Sosium
Tarix: 17-04-2020 14:11
Baxış sayı: 4582Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















