Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Senariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü

Şəhid generalımız Polad Həşimovun adına Ermənistanda guya rayon olmasının “Quql xəritə"də (Google maps) qeydi ilə bağlı məsələ araşdırılacaq. Dalidag.az xəbər verir ki, bunu axar.az-a “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində Polad Həşimovun adına rayon qeyd olunmasına münasibət bildirən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, bununla bağlı məsələ təsdiqini tapdığı halda Quql şirkətinə növbəti müraciət ünvanlanacaq.

Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə "Azərpoçt"larda həyata keçirilir. Dalidag.az bildirir ki, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur. Respublika üzrə yaşayış məntəqələrinə uyğun olaraq poçt məntəqələri fəaliyyət göstərir. Hazırda tədris ilinin yeni başlaması səbəbindən qeyd olunan iş dəftərlərinə tələbat çoxdur. Məlumat üçün

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sentyabrın 22-də Quzanlı qəsəbəsində ilk yardım üzrə təlimlərə başlanılıb. Təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər. AzQAC-ın və BQXK-nın lazımi avadanlıq və materiallarla təmin etdiyi təlimləri yüksək ixtisaslı təlimçilər aparırlar. Təlim proqramına ilk

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun şəriki, iş adamı Bəhruz Əsədbəyli mənimsəmə, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndiriləndirilərək həbs edilib. Dalidag.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Natavan Tağıyevanın sədrlik etdiyi iclasda vəsatət təmin edilib. B.Əsədbəyliyə Cinayət

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib. Dalidag.az xəbər verir ki, Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova trend-ə təmsil etdiyi qurumun nümayəndələri aprel, may və iyun ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkdiyini bildirib: "Münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksiyalarını ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir. Komitə sədri Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib,

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan apelyasiya şikayətinə baxılıb. Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin olunmayıb. Qeyd edək ki, apelyasiya şikayəti E.Həsənov barəsində seçilmiş həbs qətimkan

Ehtiyatda olan hərbi vəzifəli şəxslərin planlı şəkildə hərbi təlimə çağırılmaları müharibə hazırlığı deyil. Təlimlər ilk dəfə deyil keçirilir. Digər tərəfdən, bu təlimlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən reallaşdırılır. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər bir çox ehtiyatda olan hərbi vəzifəli şəxsin planlı şəkildə hərbi təlimə çağırılması haqda danışarkən deyib. Ş.Ramaldanov bildirib

Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbərini qəbul edib. Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena Aymone Sessera ilə görüşüb. Dövlət Komitəsinin sədri Arian Baueri yeni təyinatı münasibəti ilə təbrik edib.
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024