“Bu il Ramazan bayramı dövlətimiz və xalqımız üçün, o cümlədən, 29 il bundan əvvəl öz torpaqlarından didərgin düşmüş və artıq Qarabağa geri dönən Azərbaycan vətəndaşları üçün çox əlamətdar oldu. Biz böyük fəxarət və qürur hissi ilə Ramazan bayramını Qarabağda, doğma Şuşamızda qeyd edirik”. Dalidag.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev deyib. O bildirib ki, bu il müqəddəs Ramazan bayramını Şuşada, öz evlərində qeyd

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş polkovnik-leytenantı Marat Qarayanın hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri tərəfindən məhv edildiyi məlum olub. Dalidag.az xəbər verir ki, Marat Qarayan separatçı rejimin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi çağırışaqədərki hazırlıq, məktəbdənkənar proqramlar şöbəsinin müdiri olub. Marat Qarayan 2020-ci ilin 14 oktyabrından itkin düşüb./report Dalidag.az

Dünyanın ən böyük smartfon istehsalçılarından və sayılı texnologiya şirkətlərindən "Apple", yenidən Çində yaşayan uyğur türklərini məcburi əməyə cəlb etməkdə təqsirləndirilir. Bu barədə "The Information" agentliyi araşdırma aparıb. Araşdırma vaxtı üzə çıxan yeni sənədlərdə göstərilib ki, "Apple"ın 7 cihaz təchizatçısı hələ də, uyğurları məcburi əməyə cəlb edir. Belə ki, əvvəllər "Apple" uyğur türklərinin məcburi işlədilməsinə qarşı olduğunu söyləsə də, "The Information" öz araşdırmasında bunun

Bu gün Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Laçın rayonundakı Ağoğlan monastırını ziyarət ediblər. Dalidag.az -ın xəbərinə görə, Azərbaycan Alban-udi dini icmasının nümayəndələri burada Pasxa bayramını qeyd ediblər. İcma nümayəndələri tərəfindən monastrda Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.

"Bahar Qalxanı" əməliyyatının aparıldığı bölgədə təchizat karvanına raket zərbəsi endirilib. "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum zamanı Türkiyə ordusunun bir əsgəri şəhid olub, digər 4-ü yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdiriliblər. Hücumdan sonra bilinən hədəflər atəşə tutulub. Nazirlik şəhidin ailəsinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı verib. Yaralı əsgərlərə şəfa diləyib. Dalidag.az

Kvebeka Universitetinin (UQAR) alimləri Titanik gəmisindən atıldığı ehtimal olunan şüşə butulkanın içindəki məktubu araşdırmağa başlayıblar. 13 yaşlı Matilda Lefevr tərəfindən yazılan məktubda tarix 1912-ci il 13 aprel kimi qeyd olunub. Alimlərin sözlərinə görə, gəmidə Matilda adlı qız da olub və sözügedən məktub gəmi batmadan bir gün öncə yazılıb: "Bu şüşə butulkanı Atlantik okeanının ortasında atıram. Biz bir neçə gündən sonra Nyu-Yorka çatmalıyıq. Məktubu tapan olarsa, bu barədə Lefevrlər

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun apardığı 44 günlük müharibə müasir tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikası Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe, xarici mediaya verilən müsahibələr, ordumuzun misilsiz şücaəti, xalqımızı 30 ildir yaşadığı məğlubiyyət girbadından qurtardı. Bütün bunlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın maraqlarına, mənafeyinə tam cavab verən milli siyasətə sadiqliyin, bu

Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmündə ağacəkmə aksiyası keçirilib. Dalidag.az -ın məlumatına görə, ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda terrorçularla toqquşma zamanı ağır yaralanan piyada mütəxəssis çavuş Murat Nar müalicə aldığı xəstəxanada şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, şəhid çavuşun cənazəsi bu gün günorta saatlarında Taşköprü mahalında qılınacaq cənazə namazından sonra Çiftkıran kəndində dəfn ediləcək. Allah rəhmət eləsin! Dalidag.az

Vətən müharibəsi Azərbaycanın erməni işğalçıları üzərindəki tarixi qələbəsi və işğalda olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İşğal altında olarkən bu ərazilərdəki tarixi abidələri ermənilər dağıntılara və mənimsəmələrə məruz qoyublar. Hətta ermənilər mənimsədikləri abidələrin bəzilərini erməni abidələri adi ilə pasportlaşdırmışdılar. Dalidag.az -ın məlumatına görə, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “report”un Kəlbəcərə ezam olunmuş əməkdaşına
Yazı axını