Ermənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs zamanı erməni hərbçilərin Gəncə şəhərinə açdığı atəş varvarlıq aktıdır. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib. A.Xlopotov bildirib ki, ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı etdiyi hərəkət xristian əxlaqına uyğun gəlməyən terror aktıdır: “Qarabağdakı vəziyyəti şərh edəndə dəfələrlə demişəm ki, regionun işğaldan azad edilməsi üzrə əməliyyat

"Böyük ehtimalla 11 saat davam edən görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi də olub". Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun oktyabrın 10-da elan olunan humanitar atəşkəs əsasında hərbi əsirlər və meyitlərlə dəyişdirilə bilərmi, sualına cavab verərkən

Bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə humanitar məsələlərin həlli və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyalarının həyata keçirildiyini qeydə alıb. Nazirlikdən verilən məlumata görə, Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin

Azərbaycanda fəaliyyət göstərən "Ronahi" Kürd Mədəniyyət Mərkəzi işğalçı terror dövləti Ermənistan tərəfindən Dağlıq Qarabağda döyüşən PKK və YPG-li terrorçuların əməllərini pisləyən bəyanat yayıb. Dalidag.az -a daxil olan bəyanatda deyilir: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda silahlı qüvvələrimizin apardığı mübarizədə özlərini «kürd xalqının müdafiəçiləri» kimi təqdim edən terrorçu PKK təşkilatının Ermənistan ordusuna silahlı dəstək verməsi biz – Azərbaycanda yaşayan kürdlərin

Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin beynəlxalq hüquq normaları, ələlxüsus dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tələb edir. Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universiteti tərəfindən qaçqın və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti haqqında xarici diplomatlar üçün keçirilən onlayn mühazirəsi

Rusiya, Azərbaycan və Ermənistan başçıları - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüşü planlaşdırılmır. TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. “Hazırda belə bir görüşdən söhbət getmir”, - o, deyib. Eyni zamanda, onun sözlərinə görə, Putinin 12 oktyabrda Rusiyaya səfər edəcək Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyanla da görüşü planlaşdırılmır: “Hazırda belə bir şey

Son günlər sosial şəbəkələrdə hərbi ekspertlərə qarşı ittihamlar səslənir. Əksəriyyət hesab edir ki, hərbi ekspertlər televiziyalarda çıxış edərkən ehtiyatsızlıq edir, fikirlərini əsaslandırarkən ordunun döyüş taktikasını açıqlayır, qarşıya qoyulan hədəflər barədə bilməyərəkdən də olsa, açıq məlumat verir. Müharibə şəritində bu, qəti yolverilməzdir. Çünki düşmən həmin məlumatlardan faydalana bilər. Bu səbəbdən telekanallarda hərbi mövzuda müzakirələr aparılan zaman ehtiyatı əldən verməmək

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb. Dövlət Komitəsinin rəhbər şəxsləri könüllü olaraq bir aylıq əmək haqqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Dövlət Komitəsi müzəffər Azərbaycan ordusunun tezliklə tam qələbə qazanacağına əmindir və hər zaman onlara
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024