Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunmuş ərazilərdə yeni inşa edilmiş hərbi infrastruktur obyektləri ilə tanış olub. Müdafiə

“Ermənistan” fraksiyası sülhün, delimitasiya və demarkasiya prosesinin və ya qonşularla müvafiq münasibətlərin qurulmasının düşməni deyil. Dalidag.az "aysor"a istinadən xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan jurnalistlərə müsahibəsində deyib. "Lakin hər bir prosesin bu prosesin həyata keçirilməsi üçün prosedurları və şərtləri var”, - Seyran Ohanyan bildirib. Sabiq müdafiə naziri qeyd edib ki, Türkiyə və Azərbaycanın Ermənistana qarşı indiki siyasəti kontekstində

Rusiyalı "jurnalist” Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kişinyov aeroportunda saxlanılıb. Dalidag.az xəbər verir ki, bu barədə RİA "Novosti” Rusiya Dövlət Dumasının deputatı Artyom Turova istinadən məlumat yayıb. Moskvaya uçmağa hazırlaşan Peqov bir saatdan çox saxlanılıb, onun üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb. Qeyd edək ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında

“Paşinyan kreslosunu qorumaq üçün geosiyasi fahişəliklə məşğuldur”. Dalidag.az xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə, bunu “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan “5-ci telekanala” müsahibəsində deyib. O deyib ki, bu hakimiyyət Türkiyə və Azərbaycana faydalı olmaqda davam edir. Tevanyan Türkiyənin xarici işlər nazirinin Ermənistanla münasibətlərin normallaşması ilə bağlı dünənki bəyanatını şərh edib. “Paşinyan öz kreslosunu qorumaq üçün geosiyasi fahişəliklə

Cari ilin sonlarına yaxınlaşdıqca gündəmə gələn məsələlərdən biri də 2022-ci illə bağlı öngörülərdir. Manevr.az istinadən xəbər verir ki, məşhur bolqar görücü Vanqanın 2022-ci il üçün 6 öngörüsü ortaya çıxıb. Vanqanın növbəti il üçün öngörülərini təqdim edirik: 1. Təbii fəlakətlər - zəlzələ və sunamilər 2004-cü ildə Hind okeanında 200 mindən çox insanın həyatını itirdiyi zəlzələ və sunamidən xəbərdar olan Vanqa 2022-ci il üçün də eyni proqnoz verib. O, oxşar təbii fəlakətin Avstraliya ilə

Erməni mediası yeni müharibənin başlayacağını yazır. Dalidag.az -ın xəbərinə görə, məşhur erməni nəşri “Hraparak” yazır ki, siyasi dairələrdə əmindirlər ki, son günlər Ermənistan-Azərbaycan sərhədində yaranan gərginliyin səbəbi “Zəngəzur dəhlizi”nin açılmasına nail olmaq cəhdləridir. Nəşr iddia edir ki, “Zəngəzur dəhlizi” açılması reallaşmasa yaxın günlərdə müharibə başlayacaq. “Noyabrın 26-da Soçidə üçtərəfli bəyanatdan sonra hakimiyyət “dəhliz” olmayacağını bəyan etsə də, delimitasiya və

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib. Dalidag.az həmin icmalın videosunu diqqətinizə çatdırır.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib. Dalidag.az xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib. Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada mühafizəçi və it olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma

Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib. Qərarda aşağıdakılar müəyyən edilib: 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir. Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. "8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu
Yazı axını