Ermənistan Baş naziri Nikol Paşinyan Yeni il müraciətində ölkədə peşəkar ordunun yaradılmasına ehtiyac olduğunu bildirib. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, erməni baş nazir orduda islahatların vacib olduğunu qeyd edib: “Ermənistan peşəkar orduya malik olmalı, bunun üçün də daha çox və daha çox qadınlar orduya cəlb edilməlidir. Qeyd etməliyəm ki, siyasi planda ordumuz ərazi işğal etməyi qarşısına vəzifə olaraq qoymur. Ordunun vəzifəzi ölkənin ərazi bütövlüyünü qorumaqdır. Dalidag.az

Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış və xidmət müddətini keçmiş müddətli hərbi qulluqçuların ehtiyata buraxılması başlayıb. Dalidag.az xəbər verir ki, çağırış Prezident İlham Əliyevin 2021-ci il noyabrın 23-də imzaladığı sərəncama əsasən həyata keçirilir. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət

“Vətən müharibəsində aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar”. Bunu Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov deyib. Nazirlik rəsmisi qeyd edib ki, Vətən müharibəsində zəfər işğalı sonlandırıb, torpaqlarımız işğaldan azad edilib: “Vətən müharibəsinin gerçəkliklərinin və qazanılan Zəfərin təcrübəsinin şəxsi heyətə hərtərəfli çatdırılması da İdarəmizin əməkdaşlarının vəzifə borcu

Hazırda həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəkilləri- Cavad Cavadov, Valeh Mehraliyev, Cəlil Mirzəyev, Adəm Məmmədov ölkə rəhbərinə mətbuat vasitəsi ilə açıq müraciət ünvanlayıb. Dalidag.az xəbər verir ki, müraciətdə deyiir: "Möhtərəm cənab Prezident! Hüquqlarını müdafiə etdiyimiz keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatmışdır və artıq məhkəmə çıxışları mərhələsidir. Məhkəmənin əvvəlindən Edar Həsənov iclasların qapalı keçirilməsini israrla

Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır. Qeyd

Ermənistan dünyanın 7 ən bədbəxt ölkəsindən biridir. Bunu müstəqil araşdırma assosiasiyaları “Gallup International” və “Romir” tədqiqat holdinqinin keçirdikləri sorğunun məlumatları sübut edir. “Romir” holdinqinin “Novosti-Armeniya” agentliyinə verdiyi məlumatda qeyd edilir ki, sorğu zamanı Ermənistan sakinlərinin 42%-i öz həyatlarından “nə razı, nə də narazı” olduğunu, 14%-i narazı olduğunu, 5%-i çox narazı olduğunu bildirib. Sorğunun nəticələrinə əsasən Ermənistan xoşbəxtlik indeksinin ən

"Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır". Dalidag.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur: "İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur. Yəni 6 aydan sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster

Onun haqqında çoxsaylı əfsanələr dolaşır. Əslində onu görənlər onu əfsanə adlandırırdılar. Çünki o bir əfsanə idi. Dalidag.az xəbər verir ki, söhbət Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovniki Murad Mirzəyevdən gedir. Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991–1994-cü

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, üç hərbçiyə general-leytenant, bir polkovnikə isə general-mayor ali hərbi rütbəsi verilib. Dalidag.az -ın qafqazinfo-ya istinadən məlumatına görə, rütbəsi artırılaraq general-leytenant olan hər üç yüksək rütbəli zabit SHÇDX-in rəisi, general-polkovnik Arzu Rəhimovun müavinləridir.

Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dalidag.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə son olaraq xaricdə yaşayan iki nəfər şahidin ifadələri elan olunub. Daha sonra dövlət ittihamçısı Anar Nəsibov məhkəmə istintaqının başa çatdırılmasını xahiş edib. Hakimlər müşavirədən sonra məhkəmə istintaqının başa çatdığını elan ediblər. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses dekabrın 29-da davam
Yazı axını