Reklam
Zelenski: "Bizi heç kim sındıra bilməz"
01-03-2022 18:05

"Hər meydan Azadlıq Meydanı olacaq. Bizi heç kim sındıra bilməz. Arzumuz övladlarımızın yaşamasıdır. Məncə, doğrusu budur, çünki dünən 16 uşaq dünyasını dəyişib. Yenə Putin deyəcək ki, bu, bir növ əməliyyatdır. Uşaqlarımız harada işləyir ki? Hansı tankları sürürlər?”
Dalidag.az xəbər verir ki, bu fikirləri Ukraynanın Prezidenti Volodimir Zelenski Avropa Parlamentində onlayn çıxışında söyləyib.
"Əziz insanlar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız, həyat üçün, indi isə sağ qalmaq üçün mübarizə aparırıq. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Bizimlə Aİ daha güclü olacaq. Gücümüzü sübut edəcəyik. Bizimlə olduğunuzu sübut edin, avropalı olduğunuzu sübut edin, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək”, - deyə dövlət başçısı vurğulayıb.
Nitqinə "Yaşasın Ukrayna!” sözləri ilə son verən V.Zelenskinin çıxışından sonra deputatlar ayağa qalxaraq onu alqışlamağa başlayıb.
Kateqoriya: Sosium
Tarix: 01-03-2022 18:05
Baxış sayı: 3365Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























