Reklam
Azərbaycan alimlərinin tarixi səhvi: 1970-ci illərədək...
05-03-2020 11:17
Novruz dünyanın ən qədim astronomik bayramıdır
Hələ qədim zamanlardan başlayaraq bayramlar insan həyatında çox mühüm rol oynayırdılar. Onlar özlərində tarixi, dini və gündəlik adət-ənənələri ehtiva edirdilər. Bütpərəstlik dövrünün bayramları daha çox astronomik təbiət hadisələri ilə bağlı olurdu. İnsanlar belə hadisələrin mahiyyətini başa düşməyə və onlardan bəhrələnməyə çalışırdılar. Ancaq o zaman elm olmadığına görə onlar bu hadisələri fövqəltəbii qüvvələrlə əlaqələndirir və onlara dini mənalar verirdilər. Novruz da belə bayramların ən qədimlərindən biridir. Bu bayram mahiyyətcə astronomik hadisələr əsasında Günəş təqviminin hesablanması ilə bağlı olmuş və bayram ilkin olaraq saklar arasında yaranmışdı. Mənşəcə sak olan Zərdüşt də öz həmtayfalarının dini inanclarında islahatlar aparmaq məqsədilə ona yeni mənalar verərək, öz təliminə daxil etmişdi.
Həmyerliləri Zərdüştü əcdadların etiqadına müxalif çıxmış bir adam kimi Baykalyanı ərazilərdən qovduqdan sonra o, indiki Əfqanıstan ərazisinə gəlir və Həxamənişi (Əhəməni – red.) dövlətinin buradakı canişini Viştaspa (I Daranın atası) onun təlimini qəbul edir. Elə həmin zaman (e.ə. 6-cı əsrdə) Zərdüştün yaxın köməkçilərindən olan Cəmaspa (sonrakı rəvayətlərdə - Cəmşid) zərdüştiliyi təbliğ etmək məqsədilə Midiyaya gəlir və əvvəlki dinləri I Dara tərəfindən qadağan edilmiş Azərbaycan muğları Zərdüştün təlimini qəbul edirlər. Farslar isə Daranın bütün səylərinə baxmayaraq, özlərinin qədim Mitra dininə sadiq qalaraq, Zərdüştün təlimini qəbul etmirlər. Zərdüştilik dini İranda təqribən 1000 il sonra – Sasanilər dövründə yayılmaqda olan xristian dininə qarşı mübarizə vasitəsi kimi qəbul edilir və bu zaman Mitra dininin ayinləri də Zərdüştün dininə qarışdırılaraq, “Avesta” adlanan kitab halına salınır (çünki xristian dininin kitabı var idi). Bunu da təəssüflə qeyd etmək lazımdır ki, indi bizim qeyd etdiyimiz dörd çərşənbə ünsürü də Novruzun yox, həmin Mitra bayramının ünsürləridir. Halbuki 1970-ci illərədək farslardan fərqli olaraq, bizdə altı çərşənbə mərasimi və ya ünsürü qeyd edilirdi. O zaman bir neçə il Novruz bizdə rəsmi səviyyədə qeyd edilməyə başlandı. Çərşənbə günləri isə xalqın yaddaşında müxtəlif bölgələrdə fərqli adlar daşıyırdı. Əsasən isə “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “müjdəçi çərşənbə”, “gül çərşənbə”, “kül çərşənbə” və “ilaxır çərşənbə” adlarından istifadə edilirdi. Buna görə də bizim folklorşünaslara bu adları sistemləşdirmək barədə göstəriş verildi. Onlar isə Novruzun tarixini və sistemini bilmədiklərinə görə mexaniki surətdə fars çərşənbə günlərini və ünsürlərini (su, od, yel və torpaq) götürdülər. Bu ünsürlər Mitra dininin yaranış ünsürləridir. Zərdüştiliyin yaranış əfsanəsinə əsasən isə Ahura Məzda dünyanı yeddi ünsürdən yaradıb: əvvəlcə bütün digər ünsürləri öz əhatəsinə alan və yumurta qabığı formasında olan səmanı, sonra qabığın aşağı hissəsini dolduran suyu, sonra suyun üzərindəki yastı yeri, yerin üzərində isə bir bitkini, bir buğanı və Kiya Mərtan adlı bir insanı, nəhayət, Günəşin simasında görünən odu (atəşi). Bu ünsürlərdən ibarət olan dünya əvvəllər sabit halda səmanın içində dayanırdı. Ancaq sonra qaranlıqda yatmış şər tanrısı Əhrimən Günəş işığından oyanıb qəzəblənir və Ahura Məzdanın yaratdığı dünya üzərinə hücuma keçir. O, səmanı yarır, suyu bulandırır, yerin hamar səthini kələ-kötür edir, bitkini susuz qoyaraq qurudur, buğanı və insanı öldürür, odu tüstüyə yoluxdurur. Bunu görən Ahura Məzda dünyanı hərəkətə gətirir: Günəş dövr etməyə, gecə ilə gündüz əvəzlənməyə, sular axmağa, bitki, buğa və insan da canlanmağa başlayırlar. Öz yaratdıqlarını Əhrimənin gələcək hücumlarından qorumaq üçün Ahura Məzda yeddi “ölməz mələk” (“ameşa spentə”) yaradır ki, onlardan hər biri bir ünsürün qoruyucusu olsun.
Məlumdur ki, zərdüştilik təliminin əsasında xeyirlə şərin əbədi mübarizəsi dayanır. Bu mübarizə sonda xeyir qüvvələrin qələbəsi ilə nəticələnməlidir. Ancaq hələlik gah xeyir qüvvələri, gah də şər qüvvələri üstün gəlirlər. Bu təlimdə il iki fəslə bölünür və belə hesab edilir ki, yayda xeyir, qışda isə şər qüvvələri üstünlük təşkil edirlər. Məhz bu səbəbdən də qışda insanlar, heyvanlar və bütün təbiət soyuq, xəstəlik və aclıqdan əziyyət çəkirlər. Qışın ortalarında şər qüvvələri o qədər güclənirlər ki, insanlar qoruyucu tanrıları köməyə çağırmağa məcbur olurlar. Hər çərşənbə günü onlar mərasimlər keçirərək, qoruyucu mələklərdən birinə müraciət etməyə başlayırlar. Nəhayət, axır çərşənbə axşamı qoruyucu mələklər və insanların ölmüş qohumlarının ruhları yerə yaxınlaşmağa başlayırlar. Novruz ərəfəsində evlərin, həyət-bacaların təmizlənməsi, yeni paltarlar alınması və s. də məhz bu “qonaqların” qarşılanması üçündür. Axır çərşənbə axşamı isə hətta kasıb adamlar belə öz qohumlarının ruhları və mələklərin şərəfinə bacardıqları səviyyədə bol süfrə açmalıdırlar. Həmçinin bu gün küsənlər barışmalı, hamı yaxşı sözlər danışmalı, mehriban olmalıdırlar ki, ruhlar və mələklər onlardan razı qalsınlar. Eləcə də ölmüş qohumların qəbri ziyarət edilməli, onların ruhuna ehsan verilməlidir. Bu səbəbdən də Cənubi Azərbaycanda axır çərşənbəyə “Ölülər bayramı” da deyilir. Axşam qaranlıq düşəndən sonra ruhlar öz evlərini və qohumlarını işıqda tanıyıb, evə tez çatsınlar deyə damların üstündə və digər hündür yerlərdə tonqal qalayıb, onun üstündən tullanırlar. Ancaq Novruz mərasimlərinin qədim mənaları unudulduğuna görə indi insanlar elə bilirlər ki, xəstəlik və azarlardan təmizlənmək üçün tonqalın üzərindən tullanırlar, halbuki zərdüştilikdə od çox müqəddəs sayılır və onu çirkləndirmək günah hesab edilir.
Ruhlar və mələklər “gəlib çıxandan” sonra onların şərəfinə qonaqlıq başlayır. Ruhlar öz paylarını almaq üçün qapı və bacalardan torba sallayırlar. Ev sahibləri isə bu torbalara ən yaxşı yeməklərdən qoymalıdırlar. Həmçinin ölməz mələklərin (spentələrin) şərəfinə süfrəyə “s” (ərəb əlifbasında bu hərf “sin” adlanır) hərfi ilə başlayan yeddi nemət də qoyulmalıdır (farslar buna “həft sin”, yəni “yeddi sin” deyirlər).
Axır çərşənbə axşamının səhəri isə insanlar onlara köməyə gəlmiş ruhlar və mələklərin yardımı ilə şər qüvvələrlə mübarizəyə başlayırlar, yəni bu mübarizəni təcəssüm etdirən mərasimlər keçirirlər. Bizdə bu mərasimlərdən ən çox tanınanı keçəllə kosa arasındakı tamaşadır. Burada keçəl təbiəti keçəlləşdirmiş qışın, kosa isə xeyir-bərəkət rəmzi olan keçinin və baharın simvollarıdır. Bu mübarizədə kosa keçələ, yəni bahar qışa qalib gəlir. Bəzi rayonlarda (məsələn, Ordubadda) qışda ağalıq edən Əhrimən “xan” kimi geyindirilir və sonda onu götürüb suya atırlar. Gürcüstanın Muğanlı kəndində isə son zamanlara qədər şər qüvvələr rolunu “keçəpapaqlar” adlanan insanlar oynayırmışlar. Onlar adamlara əziyyət verir, onları “döyüb, pullarını alırmışlar”. Sakinlər isə onları yumurta ilə vururmuşlar (S.Rzasoy. Muğanlıda Novruz karnavalı. Tbilisi. 2014. s. 35).
Beləliklə, bu mübarizə Novruz gününə qədər davam edirmiş, Novruz günü isə (20 və ya 21 mart) xeyir qüvvələri şər qüvvələrə qalib gələrək, öz qələbələrini bayram etməyə başlayırmışlar. Zərdüştilikdə od ünsürü də məhz bu gün qeyd edilirdi. Bu isə mahiyyətcə qışın yola salınıb, baharın qarşılanması anlamına gəlir, çünki həmin gün Günəşin ekvator xəttinin cənubundan Şimal yarımkürəsinə keçməsi nəticəsində gecə ilə gündüz bərabərləşir və onun səhəri günündən etibarən isə gündüzlər uzanmağa başlayır. Təbiidir ki, daha qədim dövrlərdə insanlar gecə ilə gündüzün bərabərləşdiyi günü dəqiq surətdə müəyyənləşdirə bilməzdilər və ona görə də Novruz bayramı da baharın müxtəlif günlərində qeyd edilirdi. Novruzun dəqiq günü yalnız XI əsrdə məşhur astronom və şair Ömər Xəyyamın başçılıq etdiyi alimlər qrupu tərəfindən hazırlanmış yeni Günəş təqvimində təsbit edildi.
Novruz məhz təbiət, təravət və gözəllik bayramı olduğuna görə öz tarixi boyu müxtəlif basqılara, qadağalara (Makedoniyalı İsgəndər, ərəblər, monqollar, sovetlər tərəfindən) məruz qalmasına baxmayaraq, dünyanın ən qədim bayramı kimi bizim günlərədək gəlib çatıb. Hazırda BMT və YUNESKO tərəfindən beynəlxalq bayram kimi tanınan Novruz bir çox ölkələrdə, o cümlədən Azərbaycanda, Albaniyada, İranda, Əfqanıstanda, Gürcüstanda, Özbəkistanda, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda, Türkmənistanda, Hindistanda, Pakistanda dövlət bayramı səviyyəsində qeyd edilir. Çünki bu bayram öz fəlsəfəsi və ideologiyası ilə insanlar arasında dostluq, sülh, əmin-amanlıq yaradır, onlara sevinc və nikbinlik bəxş edir.
Kamil Hüseynoğlu, professor
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 05-03-2020 11:17
Baxış sayı: 3673
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02